Dini kitablarda rast gəlinən “səqəleyn” kəlməsinin mənası nədir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 15-02-2017, 00:41 | Şərh sayı: (0) | Baxılıb: 338
Dini kitablarda rast gəlinən “səqəleyn” kəlməsinin mənası nədir?
Sual: Dini kitablarda rast gəlinən “səqəleyn” kəlməsinin mənası nədir?
Cavab: Ərəb dilində “səqəleyn” iki qiymətli, ağır yük mənasını verir. Dini mətnlərdə əksər hallarda “səqəleyn” sözü Quranı və Əhli-beyti ifadə etmək üçün işlədilir. Peyğəmbərimiz dəfələrlə, o cümlədən, vida həcci zamanı müsəlmanların qarşısında xütbə oxuyaraq Quranı və öz itrətini (Əhli-beytini) iki ağır əmanət olaraq təqdim etmiş və bunlara sarılmağı tapşırmışdı. Peyğəmbərin həmin buyruğu “səqəleyn hədisi” kimi tanınır.
Bundan əlavə, əhli-sünnə mənbələrində “səqəleyn” sözü iki növ şüurlu və məsuliyyətli varlığa – insanlara və cinlərə aid edilir. Həzrət Mühəmməd (s) həm bəşəriyyətə, həm də cinlərə peyğəmbər göndərildiyi üçün ona “rəsuli-səqəleyn” deyirlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər