Salavatdan sonra deyilən “əccil fərəcəhum” ifadəsinin mənası nədir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 24-11-2016, 19:53 | Şərh sayı: (0) | Baxılıb: 863
Salavatdan sonra deyilən “əccil fərəcəhum” ifadəsinin mənası nədir?
Sual: Salavatdan sonra deyilən “əccil fərəcəhum” ifadəsinin mənası nədir?
Cavab: Ərəb dilində “fərəc” – qurtuluş, xilas, qələbə mənalarını verir. Dini mənbələrdə fərəc deyərkən, Əhli-beytin sonuncusu 12-ci İmam Həzrət Mehdinin (ə) zühuru nəzərdə tutulur. O həzrət zühur edərkən haqq-ədaləti dirçəldəcək, hər kəsin, o cümlədən, Əhli-beytin də qəsb olunmuş hüquqlarını qaytaracaq. Ona görə də 12-ci İmamın zühurunu Əhli-beytin fərəci adlandırırlar, hədis və dua kitablarında da bu mənada işlədilir. Salavat söylədikdən sonra müsəlmanlar Əhli-beytin hüquqlarının bərpasını, qəm və kədərin onlardan uzaq olmasını Allahdan diləyir, bu məqsədlə 12-ci İmamın zühurunun tezləşməsi üçün dua edirlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər