Namazın sonunda sağ və sol tərəflərə çevrilib salam verməyin mənası nədir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 1-11-2016, 19:13 | Şərh sayı: (0) | Baxılıb: 721
Namazın sonunda sağ və sol tərəflərə çevrilib salam verməyin mənası nədir?
Sual: Namazın sonunda sağ və sol tərəflərə çevrilib salam verməyin mənası nədir?
Cavab: Bu barədə İslam məzhəbləri arasında fikir ayrılığı vardır. Əhli-sünnə məzhəbinə görə, namazın sonunda salam cümlələrini deyərkən, əvvəlcə başı sağa, sonra isə sola çevirmək və hər iki tərəfə salam söyləmək lazımdır. Bunu dini rəvayətlərimizə görə, insanın iki çiynində oturan, onun bütün yaxşı və pis əməllərini qeydə alan mələklərə (bunlara katib, yəni yazan mələklər deyilir) salam verməklə izah edirlər. Şiə məzhəbinin şəriətinə görə, namazın əvvəlindən axırına kimi insan üzü qibləyə sarı olmalı və qiblədən dönməməlidir. Namazı bitirməzdən qabaq qiblədən dönmək namazı batil edər. Salamlar da yalnız üzü qibləyə sarı deyilməlidir. Namazın vacib salamlarını üzü qibləyə sarı söylədikdən və namazı tam bitirdikdən sonra müstəhəb niyyəti ilə sağa və sola tərəf salam vermək olar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər