“Vəhhab” sözünün mənası nədir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 2-04-2016, 23:55 | Şərh sayı: (0) | Baxılıb: 811
“Vəhhab” sözünün mənası nədir?
Sual: “Vəhhab” sözünün mənası nədir?
Cavab: “Vəhhab” Allah-təalanın sifətlərindən biridir. Allahın 99 gözəl adından (əsmaül-hüsna) biri də “Vəhhab”dır. Vəhhab ərəb dilindən tərcümədə “bəxş edən, hədiyyə verən, lütf edən” mənalarını verir və Allahın öz məxluqatına münasibətdə rəhmətini ifadə edir. Qurani-kərimin üç ayəsində (Ali-İmran 8, Sad 9 və 35) Allah-təala “Vəhhab” adı ilə xatırlanır.
Qeyd edək ki, Allahın gözəl adlarını (əsmaül-hüsna) olduğu kimi yaxud “əbd” kəlməsi artırmaqla insanlara vermək müsəlmanlar arasında yayılmış bir ənənədir. “Vəhhab” adı da ya olduğu kimi, ya da “Əbdülvəhhab” formasında insan adı kimi işlədilir. XVIII əsrdə yaşamış vəhhabilik cərəyanını banisinin də adı Mühəmməd ibn Əbdülvəhhab idi. Onun tərəfindən əsası qoyulmuş əqidə cərəyanının tərəfdarlarına “vəhhabi” deyirlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər