İnsan öz mülkünün yarısını və ya hətta hamısını hər hansı xeyriyyə işi üçün vəsiyyət edə bilərmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 21-01-2017, 14:14 | Şərh sayı: (0) | Baxılıb: 292
İnsan öz mülkünün yarısını və ya hətta hamısını hər hansı xeyriyyə işi üçün vəsiyyət edə bilərmi?
Sual: İnsan öz mülkünün yarısını və ya hətta hamısını hər hansı xeyriyyə işi üçün vəsiyyət edə bilərmi?
Cavab: İnsan öz sağlığında malının istədiyi qədərini istədiyi yerə xərcləyə bilər. İstər bunu hədiyyə məqsədilə etsin, istərsə də xeyriyyə məqsədi ilə. Əlbəttə, bu zaman ədaləti gözləmək və israfa yol verməmək lazımdır. Amma vəsiyyətə qalınca, insan öz əmlakının yalnız üçdən-bir hissəsini vəsiyyət edə bilər. Qalan əmlak isə şəriətə uyğun olaraq varislər arasında bölünür. Yəni insan öz malının üçdən-birindən artığı üçün vəsiyyət edə bilməz. Etsə, həmin vəsiyyət qəbul olunmur və üçdən-birdən artıq qalan əmlak miras sayılaraq varislərin ixtiyarına verilir. Bəzən valideynlər hər hansı səbəb üzündən bütün varidatlarını övladlarından birinə vəsiyyət edir, hətta bunu vəsiyyətnamədə qeyd edirlər. Bu, yanlış addımdır və şəriət tərəfindən qəbul edilmir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər