RSS
 

Login:
Şifrə:
» » Vəsiyyət edən

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Vəsiyyət edən

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-11-2015, 14:39 | Şərh sayı: (0) | Baxılıb: 366

Vəsiyyət edən


Vəsiyyət edən


İndi isə vəsiyyət edənin kimliyini aydınlaşdıraq. Həzrət (ə) özünü ölümü yaxınlaşmış pir ata kimi tanıtdırır. O, ölümünün yaxınlaşdığı bir vaxtda coşqun gəncliyini yaşayan bir cavana vəsiyyət edir.

Həzrət (ə) bu tə’birlərlə özünü yalnız bir ata kimi nəzərdə tutur. Öz həyatı və keçmişlərdən əldə olunmuş mə’lumat və təcrübələrə əsaslanan pir ata bildirir ki, hələ də həyatın bütün çətinliklərini dərk etməmişdir və qarşıda bir çox müsibətlər vardır. Gələcəkdə çətinliklərlə qarşılaşacağını bilən, xilas yolu axtaran hər bir gənc bu vəsiyyətdən istifadə etməyə can atır. Əgər Həzrət (ə) bu vəsiyyəti mə’sum övladı imam Həsən ibn Əliyə (ə) ünvanlasaydı, başqaları bu vəsiyyətlə bir o qədər də maraqlanmazdılar. Belə bir fikir yaranardı ki, bu vəsiyyət iki mə’sum imama aiddir və başqaları ilə heç bir bağlılığı yoxdur. Həzrət (ə) öz ali məqamından enərək, sadə pir atanın sadə gənc övladına tövsiyyəsi dilində danışır ki, bütün başqa cavanlar bu vəsiyyətnamədən faydalana bilsinlər. Bu üslub başqalarının da uyğun vəsiyyətnamədən bəhrələnməsinə səbəb olur. Bu səbəbdən də ata və oğul arasındakı bağlılıq olduğu kimi təsvir olunur: "Ey oğlum! Mən sənə nə qədər bağlıyam! O qədər bağlıyam ki, bütün fikrim özümdə cəmləşdiyi vaxtda səni unuda bilmirəm!”

Gündəlik həyatda insanın diqqətini bir çox müxtəlif məsələlər cəlb edir. Malik olduğu müxtəlif məs’uliyyətlərə görə, müşahidələr və düşüncələr səbəbindən ortaya çıxan müəyyən işlər olur. Bununla belə, ata öz canparəsi övladını unuda bilmir. Ona görə də Həzrət (ə) buyurur ki, hamını kənara qoyub, yalnız özü ilə qaldığı vaxt da övladını unuda bilmir, onu öz canparəsi, bəlkə də, bütün varlığı hesab edir, onu özü kimi bilmir.

Həzrət Əli (ə) bu sözləri ona görə buyurur ki, başqasının nəsihətini eşidərkən onun məhəbbətdən deyildiyinə, öz xeyrinə olduğuna inanan şəxs həmin nəsihətə həvəslə qulaq asır. Siz də deyilən məsələni sınaqdan keçirə bilərsiniz. İnsan bir şəxsə inandığı qədər onun nəsihətini dinləyir. Ehtimal versək ki, deyilən sözlərin yaxşı-pisliyindən asılı olmayaraq, onlar bizə yox, bir başqasına xatir deyilir, həmin sözlərə laqeyd olarıq. Belə bir nəsihətə diqqət və əməl etməyə lüzum qalmır. Amma əmin olsanız ki, nəsihət verənin məqsədi sizə qarşı xeyirxahlıqdır, nəsihəti diqqətlə dinləyir, ona əməl edirsiniz. Bu səbəbdən də Həzrət (ə) özünü ömrünün sonu çatmış ata kimi təqdim edərək, bəlalar və çətinliklərlə qarşılaşacaq oğluna buyurur: "Mən səni o qədər sevirəm ki, sanki vücudumun parəsisən, bəlkə də, bütün vücudumsan...” müraciət olunan şəxs bu sözləri oxuduqda vəsiyyət edənin xeyirxahlığını anladığından onu həvəslə dinləyir. Əmirəl-mö’minin (ə) kimi bir atanın özü kimi bildiyi bir övladına bu sayaq vəsiyyətindən hamının faydalanmasına dəyər. Xoşbəxtlik yolunu öyrənib, biz də bu yolla səadətə çatmalıyıq. Bəli, Həzrət (ə) diqqəti cəlb etmək üçün həmin yoldan istifadə edib, sonra sözə başlayır.

Deyildiyi kimi, az moizələrdə bu ilahi vəsiyyətin xüsusiyyətləri ilə rastlaşırıq. Bu vəsiyyətnamə elə bir vaxtda yazılır ki, Əmirəl-mö’minin (ə) Süffeyn döyüşündən yenicə qayıtmış və müharibə çətinlikləri arxada qalmışdır. Bu döyüş "həkəmiyyət” məsələsi ilə nəticələnmişdir. İndi Həzrət (ə) ömrünün bütün təcrübəsini öz övladına təhvil verir. Artıq o, ömrünün son günlərini yaşayır. Fürsəti əldən vermək olmaz. Ona görə də altmış illik ömrün təcrübəsi vücudunun parəsi və ya öz vücudu kimi olan ən üstün bir şəxsə verilir. Altmış yaşlı ömür ağacının meyvəsindən daha layiqli kim var ki?

Bu vəsiyyətdə insanın kamilliyinə çox tə’sirli olan dəyərli mətləblər bəyan olunmuşdur. Ümid var ki, bu izahlar dinləyici və oxucuların həmin vəsiyyəti anlamasına və ona əməl etməsinə səbəb olacaqdır. İnşaəllah.

Vəsiyyətnamədə Əmirəl-mö’minin (ə) özünü ömrü sona çatmış pir kimi təqdim edərək, imamət elmi və mə’sumluğunu nəzərdə tutmadan öz oğlunu belə nəsihət edir: "Bu, axirət səfəri üstə olan, zamanın ötdüyünü, dünyanın arxa çevirdiyini e’tiraf edən bir atanın vəsiyyətidir...”

Maraqlıdır ki, Həzrət (ə) "Əmirəl-mö’minin Əlinin (ə) vəsiyyəti” yox, "bir atanın vəsiyyəti” deyir və bununla da, öz vəsiyyətini hamıya aid edir. Əlbəttə, "əl-muqirri lizzəman” tə’biri bizim üçün o qədər də tanış deyil. Onu belə tə’bir etmək olar: İnsan öz təbiəti e’tibarı ilə onun həyatını və dadacağı ləzzətləri hədələyən amillərlə mübarizə aparıb, onları aradan qaldırmaq istəyir. İnsanı rahat buraxmayan şeylərdən biri zamanın onu qocaldan gedişidir. Qocalıq dövrü bir müddət davam etsə də, nəhayət, ölümlə sonuclanır. Zaman ötməsəydi, təbii ki insan əbədi olardı. İnsan həyatın ötüb, başa çatmasını istəmir. O, əbədilik arzusundadır. Bu, hər bir insanın fitri istəyidir. Nə etməli ki, bu gerçəkliklə mübarizə aparmaq faydasızdır. İnsanın məhdud ömürlü varlıq olduğunu qəbul etməkdən başqa yol yoxdur. Ölüm acı, xoşagəlməz olsa da, onu qəbul etməkdən başqa çarə yoxdur. Ata öz oğluna bildirir ki, bu mə’nanı qəbul etmiş və zaman qarşısında təslim olmuşdur. O, əmindir ki, zaman ötür və onun qarşısını almaq olmaz. "Əl-muqirri lizzəman” - "zamanın qələbəsini e’tiraf etmiş” tə’biri ömrünün ötəriliyi qarşısında təslim olmaq mə’nasındadır. Yə’ni artıq qəbul etdim ki, ömür məhduddur və o, başa çatasıdır. Ona görə də Həzrət (ə) "mudbiril-ömr”, yə’ni "ömrü keçmiş” ifadəsini işlədir. Bəli, ömrü başa çatmaqda olan bir ata! Bu ata ruzgara təslim olmuşdur. "Mustəslimi liddəhr” ifadəsi "əl-muqirri lizzəman” ifadəsinin oxşarıdır, amma o daha geniş və mürəkkəbdir. Sanki meydanda mübarizə aparan iki nəfərdən biri o birinin qələbə çaldığını görüb, əllərini qaldırır və təslim olur. İnsan zamanın ötəriliyi qarşısında da bu sayaq məğlubdur. Hansı ki o, bu məğlubiyyətlə barışmaq istəmir, əbədilik axtarır. Nəhayət, məğlubiyyətin qaçılmaz olduğunu görür. Ona görə də əllərini qaldırıb, zaman və dövran qarşısında təslim olur. Qəbul edir ki, ömür ötüşməkdədir. Bəli, biz də bu axınla getməliyik, başqa yol yoxdur. Beləcə, "əlmustəslimi liddəhri”, yə’ni "rüzgara təslim olmuş” şəxs onun qarşısında təslim əlaməti olaraq əllərini qaldırır, qəbul edir ki, ömür ötəridir və onunla mübarizə aparmaq əbəsdir.

Vəsiyyətin davamında Həzrət Əli (ə) vəsiyyət edən şəxs kimi özünü belə tanıtdırır: "əzzaimi liddünya”, yə’ni bu vəsiyyət o şəxs tərəfindəndir ki, ömrü başa vurmuşdur və dünyaya məzəmmətlə baxır. Həzrət (ə) sanki öz vəsiyyətinin dünya bərbəzəyi haqqında olmadığını nəzərə çatdırır. O, dünyanı məzəmmət etdiyini önə çəkir. Ömrü başa çatmaqda olan, dünya həyatını xoşlamayan bir ata başqalarını dünya həyatının qədrini bilməyə, ondan daha çox ləzzət almağa çağıra bilərmi?! Əsla! Bu ata tövsiyyə edir ki, dünyanı yüksək məqamlı, sitayişə layiq bilməyək. O, dünyanı məzəmmət edir, ölülər məskənində sakin olduğunu bildirir. Yə’ni o, bir yerdə yaşayır ki, əvvəllər də orada yaşamışlar və hazırda həmin adamlardan əsər də yoxdur. O, tezliklə öləcəyini bildirir. Bizim yaşadığımız məkanda əvvəl minlərlə adam yaşamış və heç bir iz qoymadan dünyanı tərk etmişlər. Onların yerini tutmuş bizlər əbədi qalacağıqmı?! Şübhəsiz ki, biz də onlar kimi öləsiyik. Vəsiyyət edən ata da özünü həmin mövqedə görür. Ölülər karvanının ötüşdüyü yerdə qərar tutmuş bu ata özünü eyni mövqedə hiss edir. Hamı bu dayanacaqda nəfəsini dərib, yoluna davam edir. Həzrət (ə) də onların ardınca gedəcəyini bildirir. Həzrət Əli (ə) buyurur: "əzzaini ənha ğəda”, yə’ni vəsiyyət edən kəs sabah bu dayanacaqdan köçəcəkdir. Müvəqqəti olaraq bu karvansarada dayansa da, əvvəlki karvanlar tək yola düşəcəkdir.

Bu bəyanlar vəsiyyət edən şəxsin mövqeyini müəyyənləşdirir. Onu tanımaq üçün uyğun vəsflərə, tə’birlərə nəzər salıb, düşünmək kifayətdir. Bu məqamda insan həmin vəsiyyətin onun özü üçün də faydalı olub-olmadığını müəyyən edə bilər.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor