Xümsü verilməmiş əmlak |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 5-10-2015, 23:16 | Şərh sayı: (0) | Baxılıb: 424
Xümsü verilməmiş əmlak
ümsü verilməmiş əmlakdan istifadə etmək
Sual 125: Xümsü verilməmiş maldan istifadə etmək olarmı?
(Təbrizi və Vəhiddən başqa) Bütün müctəhidlərin rə`yi: Xeyir. Üzərinə xüms gəlmiş malın xümsü verilməyənədək şər`i hakimin icazəsi olmadan ondan istifadə etmək olmaz. Baxmayaraq ki, xümsü vermək məqsədi olsun.
Təbrizi: Əgər xüms vermək məqsədi olmasa, üzərinə xüms gəlmiş maldan şər`i hakimin icazəsi olmadan istifadə etmək olmaz. Əgər xüms vermək məqsədi olarsa, vacib ehtiyata əsasən bu maldan istifadə etmək olmaz.
Vəhid: Xeyir. Xümsü verilməyənədək üzərinə xüms gəlmiş maldan şər`i hakimin icazəsi olmadan istifadə etmək olmaz. Baxmayaraq ki, xümsü vermək məqsədi olsun! Malının xümsünü verməmiş şəxs onu, xümsünü vermək üçün satmağa və öz payından istifadə etməyə ixtiyarlıdır.
Sual 126: Bir şəxs üzərinə xüms gəlmiş mallardan istifadə etmək üçün xümsü öhdəsinə götürüb xüms əhlinə borclu qala bilərmi?
Bütün müctəhidlərin rə`yi: Xeyr. Müctəhidin (ya da onun nümayəndəsinin) icazəsi olmadan və ya ona ödəyib sonradan borc götürmək yolundan istifadə etmədən bu maldan istifadə etməyə icazə verilmir.
Xümsü tərk edən şəxslə ünsiyyət
Sual 127: Xüms verməyən ailə ilə gəl-get etməyin hökmü nədir?
(Sistani, Təbrizi və Vəhiddən başqa) Bütün müctəhidlərin rə`yi: Bu şəxslərlə gəl-get etməyin eybi yoxdur. Əgər yeməklərinə xüms düşdüyünü yəqin etməzsə yemək yeməyədə icazə verilir. Tə`sirli olacağını ehtimal verərsə, onları düz yola də`vət etsin.
Sistani və Təbrizi: Onlarla ünsiyyət saxlamağın eybi yoxdur və yeməklərindən istifadə edə bilər, əgər tə`sirli olacağını ehtimal verərsə, onları düzgün yola də`vət etsin.
Vəhid: Onlarla ünsiyyət saxlamağın eybi yoxdur. Əgər yeməklərinə xüms düşdüyünü yəqin etməsə və şəkki olarsa vacib ehtiyata əsasən bu yeməklərdən istifadə etməyə icazə verilmir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər