Mərhum şəxsin nəvəsinə ad qoyulması ilə bağlı sağlığında olan vəsiyyətinə əməl edilməlidir, yoxsa vəfatından sonra kiməsə yuxuda tapşırdığına? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 13-05-2016, 19:53 | Şərh sayı: (0) | Baxılıb: 269
Mərhum şəxsin nəvəsinə ad qoyulması ilə bağlı sağlığında olan vəsiyyətinə əməl edilməlidir, yoxsa vəfatından sonra kiməsə yuxuda tapşırdığına?
Sual: Mərhum şəxsin nəvəsinə ad qoyulması ilə bağlı sağlığında olan vəsiyyətinə əməl edilməlidir, yoxsa vəfatından sonra kiməsə yuxuda tapşırdığına?
Cavab: Hər şeydən əvvəl bunu qeyd edək ki, uşağa ad qoymaq ixtiyarı valideynlərə aiddir. Baba və nənə, digər qohumlar məsələyə müdaxilə etsələr, onların dediyini etmək vacib deyil. Amma böyüyün sözünə ehtiramla yanaşmaq bəyənildiyi üçün onların məsləhətini də nəzərə almaq, ürəklərini qırmamaq yaxşı olar.
Vəsiyyətə gəlincə, doğrudur, mərhum şəxsin özünə aid olan məsələlərdə vəsiyyətini yerinə yetirmək vacibdir, başqalarına aid olan məsələlərdə vəsiyyətə əməl etmək zəruri deyil. Amma mərhum şəxsin vəsiyyətinə əməl etmək həm onun ruhunu sevindirər, həm də vəsiyyəti yerinə yetirənlərdə bir rahatlıq yaradar. Hansı vəsiyyəti əsas saymağa gəlincə, insanın sağlığında etdiyi vəsiyyət etibarlıdır. Dinimizdə yuxu və onunla bağlı məsələlər qəti sayılmır və ayıqlıq halında baş verənlər qədər etibarlı bilinmir. Ona görə də uşağın babasının vəsiyyətinə əməl etmək istəyənlər onun diri ikən dediyi sözü əsas tutmalıdırlar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər