RSS
 

Login:
Şifrə:
» » Dəyərlər

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Dəyərlər

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 4-11-2015, 23:42 | Şərh sayı: (0) | Baxılıb: 647

Dəyərlər


Dəyərlər


Bünövrə dəyərlər

Ey oğlum! Sənə Allah qarşısında pəhrizi (təqvanı) vəsiyyət edirəm; Onun göstərişlərinə diqqətli olasan, qəlbini Onun zikri ilə abad edəsən, Onun ipindən yapışasan. Əgər bu vasitədən tutsan, səninlə Allah arasında bu bağlılıq ipindən möhkəm nə ola bilər?!

Qeyd olunduğu kimi, Həzrət (ə) bu vəsiyyətnamədə vəsiyyət edənin və vəsiyyət olunanın sifətlərini sadalamaqla bütün oxucuların bu sifətləri özlərinə şamil etmələrinə səbəb olmuşdur. Digər bir tərəfdən, dinləyici vəsiyyət edən şəxsin kimliyi ilə tanış olur, vəsiyyət edənin vəsiyyət olunanla rabitəsi aydınlaşır, vəsiyyətnamənin məqsədi mə’lum olur. Vəsiyyət edənlə vəsiyyət olunan arasındakı bağlılığın açıqlanması vəsiyyət olunan şəxsin fitri və əqli rabitənin dərinliyini dərk etməsinə səbəb olur. O, əmin olur ki, bu vəsiyyətnaməni yazan onun xeyirxahıdır. Bu məsələ hər hansı moizənin, nəsihətin qəbul olunmasında tə’sirli amildir. Vəsiyyət etdiyi şəxsin e’timadını qazandıqdan sonra Həzrət (ə) həqiqi dəyərləri bəyan etməklə hər bir agah aşiqin qəlbini və zehnini işıqlandırır.

Ən üstün dəyərlər

Daha sonra Həzrət (ə) vəsiyyətin xülasəsini yığcam şəkildə zikr edir. Bu da uyğun vəsiyyətnamənin özünəməxsus tərbiyəvi nöqtələrindən biridir. İnsan bütün vəsiyyətnaməni oxumağa macal tapmadıqda onun bir səhifədən də az yer tutmuş xülasəsini oxuya bilər və ondan faydalanar. Bundan əlavə, insan bir kitabı oxumamış, əvvəlcə onun qısa məzmunu ilə tanış olduqda kitabdakı məsələləri daha dərindən dərk etməyə çalışır. Vəsiyyətnamə, demək olar ki, onun başlanğıcındakı qısa moizələrin şərhindən ibarətdir. Həzrət (ə) bu qısa moizələrdə üç əsas dəyər üzərində dayanır: - təqva (Allah qarşısında pəhriz), Allahı xatırlamaq (zikr), qırılmaz (ilahi) ipdən yapışmaq.

Şəksiz ki, vəsiyyətnamənin ümumi şəkildə müraciət etdiyi şəxs ilahi və islami mə’rifətə biganə, imansız şəxs deyil. Bu şəxs kamal həddində olmasa da, Allaha inanır, İslamı qəbul edir, dini əsaslara e’tiqadlıdır. Ona görə də vəsiyyətin başlanğıcında Allahın varlığından, Onu tanımaq və Ona ibadət etməyin zəruriliyindən danışılır. Sonralar isə Allahşünaslıq mövzusunda bə’zi mətləblər bəyan olunur.

İlk öncə təqva tövsiyyə olunur. Bütün ilahi kitabların, vəsiyyətlərin əsas mövzusu təqvadır. İmamət və rəhbərlik məs’uliyyəti daşıyan bütün insanlar xalqla söhbət zamanı onları təqvaya çağırmalıdırlar. Cümə namazının hər iki xütbəsində imam xalqı təqvaya də’vət edir. Təqvaya də’vət xütbənin zəruri əsaslarındandır. Əgər xütbədə təqvaya çağırış olmazsa, həmin xütbə naqis sayılır.

Təqva dəyərlərin mehvəridir

Qur’an-kərimin bir çox ayələrində "təqva” kəlməsi ilə qarşılaşırıq. İslami dəyərlər kompleksində ən böyük dəyərlərdən biri, demək olar ki, bütün dəyərlərin mehvəri təqvadır. Allah-təala buyurur: "Həqiqətən, sizin təqvalınız Allah yanında ən hörmətlidir.” Allah qarşısında kəramət ölçüsü olan təqvanın heç bir əvəzi yoxdur. Ona görə də bu vəsiyyətnamədə bütün öyüdlərin mehvəri olan təqva diqqəti daha çox cəlb etməlidir.

Təqva haqqında müxtəlif baxımlardan danışmışıq. Ona görə də indi sadəcə bu mövzuya işarə edirik. Həzrət (ə) buyurur: "Sənə təqva və Allah göstərişlərinə diqqəti tövsiyyə edirəm.” "Təqva” müxtəlif mə’nalara malikdir. Bu söz bə’zən "günahdan çəkinmək”, bə’zən "bütün şər’i göstərişlərə riayət etmək” mə’nalarını ifadə edir. Əgər "təqva” kəlməsi yalnız günahlardan çəkinmək mə’nasını daşıyarsa, "lüzumu əmrihi” ("Allahın əmrinə diqqət, bağlılıq”) ifadəsi "təqvəllah” ("Allah qarşısında pəhriz, təqva”) ifadəsinə bağlı olar. Ayrı-ayrılıqda "təqvəllah” günahdan çəkinmək, "lüzumi əmrihi” vacib əmrlərə itaət etməkdir. Amma "təqva”nın ümumi mə’nası həm əmrin icrası, həm günahın tərki kimi qəbul olunsa, "lüzumi əmrihi” "təqvəllah” kəlməsinə bağlı olacaq. Yə’ni əvvəlcə təqva tövsiyyə olunur, sonra Allahın əmrinə itaət xüsusi qeyd edilir.

Amma zəif ehtimala əsasən, "əmrillah” "Allah işi” mə’nasında da işlənə bilər. Yə’ni ilahi işlərə diqqət, qeyri-ilahi işlərin tərki. Hər halda, Həzrət (ə) ilkin olaraq təqvalı olmağı tapşırır. Bütün dəyərlərə şamil edilən bu kəlmə isə İslam və bütün digər ilahi dinlərdə mö’təbərdir.

Həzrət Əli (ə) bizə hər şeydən öncə bütün dəyərlərin mehvəri olan təqvanı tövsiyyə edir. Amma insanın daxilində təqva ruhu, Allah qorxusu olmazsa, yə’ni o, vacib əmrlərə, haramlara fərq qoymazsa, bu yolun axırı yoxdur. Prinsipsiz, biganə adam başını itirmiş kimidir. Təkamül yolunun ilk şərti nəfsə nəzarətdir. Tərəqqi etmək istəyən şəxs başıpozuqluqdan çəkinməlidir. Ürəyindən keçənin ardınca qaçan insan heç bir mə’nəvi dəyərə nail ola bilməz. Demək, ilk addım nəfsə, ürəkdən keçən həvəslərə nəzarətdir. Bəli, məhz bu baxımdan, Həzrət (ə) hər şeydən əvvəl təqvaya çağırır.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor