Adam öz diri olan atasının qəza namazlarını qıla bilərmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 5-01-2016, 10:55 | Şərh sayı: (0) | Baxılıb: 422
Adam öz diri olan atasının qəza namazlarını qıla bilərmi?
Sual: Adam özü sağ olduğu halda, tutmadığı orucların qəzasını başqa adama muzdla tutdura bilərmi?
Cavab: Qəza namaz və oruclarını başqa şəxsin əvəzinə yalnız o şəxs dünyadan köçdükdən sonra yerinə yetirmək olar. Böyük oğul rəhmətə getmiş atasının qəza namaz və oruclarını ya özü yerinə yetirməli, ya da muzdla başqasına bunu etdirməlidir. Amma əgər ata diridirsə, bunu etmək olmaz. İnsan sağ olduğu müddətcə öz ibadətlərinə özü cavabdehdir.
Əgər insan oruc tuta bildiyi halda üzürsüz yerə oruc tutmamışsa, bunu qəza etmək onun öz vəzifəsidir və başqasına bunu muzdla etdirə bilməz. Əgər xəstəlik üzündən oruc tuta bilmirsə, şəriət bunun da çıxış yolunu göstərib. Xəstə şəxs hər günün əvəzinə 750 qram ərzaq fidyə verməklə öz borcunu yerinə yetirmiş olar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər