Topaz kimi oyunlardan pul qazanıb qazancın bir hissəsini ya hamısını xeyriyyə işlərinə xərcləmək olarmı? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 6-11-2016, 15:39 | Şərh sayı: (0) | Baxılıb: 584
Topaz kimi oyunlardan pul qazanıb qazancın bir hissəsini ya hamısını xeyriyyə işlərinə xərcləmək olarmı?
Sual: Topaz kimi oyunlardan pul qazanıb qazancın bir hissəsini ya hamısını xeyriyyə işlərinə xərcləmək olarmı?
Cavab: Topaz və onun kimi uduşlu oyunlar qumarın bir növü sayılır. Qumar növündən olan bütün oyunlar kimi, Topaz oyunu ilə də məşğul olmaq günahdır, bu yolla qazanılan hər cür qazanc haramdır. Təəssüf ki, bəzi insanlar haram yolla qazandıqları pulun bir hissəsini xeyriyyəçiliyə xərcələməklə, guya pulu təmizlədiklərini və özlərinə halal etdiklərini düşünürlər. Bu cür düşüncə kökündən yanlışdır. Bu yolla qazanılan pul heç zaman halal olmur. Kimsə həmin pulun bir hissəsini və ya hətta hamısını xeyriyyəçiliyə xərcləsə də, heç bir savab qazanmaz və günahını silməz. Allah bu cür “savabı” qəbul etməz. Çünki Quranda aşkar şəkildə buyurulur ki, “Allah təqvalılardan qəbul edər” (Maidə, 27). Təqvası olan adam qumar oynamaz.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər