İnsanın övladı yoxdursa, mirası kimə qalacaq? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 24-11-2016, 19:57 | Şərh sayı: (0) | Baxılıb: 346
İnsanın övladı yoxdursa, mirası kimə qalacaq?
Sual: İnsanın övladı yoxdursa, mirası kimə qalacaq?
Cavab: Miras hökmləri İslamda ən geniş və dəqiq şəkildə işlənmiş mövzulardan biridir. Hətta şəriətdə miras hökmlərini “fəraiz” adlı ayrıca bölümdə yerləşdirmişlər. İrs hökmlərində deyilir ki, dünyasını dəyişmiş insanın varisləri üç dəstəyə bölünür. Birinci dəstə mirasa ən çox haqqı çatan yaxın qohumlardır. Bunlara ölünün ata-anası və övladları (övladları ölübsə, nəvələri) aiddir. Bu dəstədən heç kim yoxdursa, miras ikinci dəstəyə qalır. İkinci dəstəni ölünün baba-nənələri və qardaş-bacıları (qardaş-bacı özü ölübsə, övladları) təşkil edir. Əgər ikinci dəstəyə aid qohum yoxdursa, o halda miras üçüncü dəstəyə çatır. Bura isə ölünün əmi, bibi, dayı, xalaları və onların övladları daxildir. Beləliklə, əgər rəhmətə gedən şəxsin övladı yoxdursa, miras haqqı onun ata-anasına keçir. Əgər ata-ana da dünyadan gedibsə, ikinci dəstə miras hüququ qazanır. Hər bir qohumun miras payı şəriətdə müəyyən edilib. İrs mövzusunun xırdalıqları ilə bağlı şəriət kitablarına müraciət edilməlidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər