Bir tarixi mühakimə |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 8-01-2016, 07:11 | Şərh sayı: (0) | Baxılıb: 326
Bir tarixi mühakimə
Fədək, Rəsulallahın (s) zamanında " Qohumlarının haqqını ödə!" ayəsinin tələbinə uyğun olaraq Fatiməyə (s.ə) hədiyyə edilmişdir. Bu mətləbi, yanlız şiə təfsirçiləri deyil, bir sira əhli-sünnə alimləri də məhşur səhabə Əbu Səid Xidridən nəql etmişlər. Həmin hədislərin sənədlərini əvvəlki səhifələrdə bəyan etdik.
Peyğəmbər (s) vəfatından sonra o dövrün hakim dairələri Fədəyi üzərinə əl qoyub, Fatimənin (s.ə) nümayəndələrini oradan çıxartdılar. Bunu əhli-sünnənin məhşur alimi Şahabuddin Əhməd ibn Həcər Heysəmi Məkki "Əs-Səvaiqul-muhriqə", Əllamə Nurəddin Əli ibn Abdullah Səmduhi "Vəfaul-vəfa" da və Əbdül-Həmid ibn Məhəmməd Mötəzili İzzəddin ibn Əbil-Hədid "Şərhul-Nəhcul-bəlağə" kitabında etiraf etmişlər.
Həzrət Zəhra (s.ə) öz haqqını bərpa etmək üçün iki yola əl atdı. İlk öncə hamının bildiyi həqiqəti ortaya çəkib, Fədəyin bir Peyğəmbər (s) hədiyyəsi olduğunu bəyan etdi. Bu qəbul olmadıqda, Fədəyin, ən azından, bir irs payı kimi ona yetişdiyini xatırlatdı.
Xanım ilk mərhələdə Əmirəl-Möminin Əlini (ə) və Ümmü-Eyməni (Peyğəmbərin (s) xanımı) şahid qismində birinci xəlifənin yanına dəvət etdi. Lakin xəlifə- iddianı isbat etmək üçün iki kişi əazım olduğu bəhanəsi ilə-onların şahidliyini rədd etdi. Daha sonra da Rəsulallahdan (s) nəql etdikləri saxta hədisi- " Biz Peyğəmbərlər özümüzdən sonra miras payı saxlamarıq, bütün varidatımız sədəqədir" istinad edib, miras payı təklifinin də üzərindən xətt çəkdi.
Kiçik bir araşdırma hakim rejimi bu hərəkətindın on böyük xətaya yol verdiyini üzə çıxarmağa kifayət edir. Onların geniş şərhini vermək mətləbin çox uzanmasına səbəb olacağı üçün sadəcə, sıralamanı sadalamaqla kifayətlənirik:
1. Fatimə (s.ə) "əl sahibi" idi; Fədək faktiki olaraq onun istifadəsində idi. Həm İslam, hım də dünya tarixində tətbiq olunan mülkiyyət haqqında qanunlara əsasən, heç zaman faktiki istifadəçidən şahid tələb olunmur.Onun istifadə hüququnun olmadığına dair ortada təkzibedilməz dəlillər olarsa, şahid tələb oluna bilər. Məsələn,əgər bir şəxs bir evdən sakindisə və evin onun mülkiyyəti olduğu iddia edirsə, nə qədər ki, evin onu mülkü olduğunu təkzib edən dəlil mövcud deyil, evi onun əlindən almaq olmaz. Özünün evin sahibi olmasına şahid tutması da lazım deyildir, istifadəçi olması ( istər özü istifadı etsin,istır nümayəndəsi) onun sahib olmasına ən üstün dəlildir.
2. Yanlız İslam qızı Fatimənin (s.ə) bu məsələdə şahid olması,əslində,kifayət edir. Çünki O, Quranın " Allah, siz Peyğəmbərin (s) ailə üzvlərindən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər! " ayəsinə və bir çoxlu əhli-sünnənin mötəbər mənbə və "Səhih"lərində nəql olunan "Kisa" hədisinə əsasən, məsumədir. Allah-Təala bütün növ çirkinlik və günahı Peyğəmbərdən (s), Əlidən, Fatimədən, Həsən və Hüseyndən (Onlara Allahın salamı olsun!) uzaqlaşdırmış, hər növ günahdan pak etmişdir. Belə bir şəxsin şəhadət və iddiası necə şübhə altına alına bilər?!
3.Yanlız Əli ibn Əbu Talibin (ə) şahidliyi kifayət edərdi, çünki O da məsum idi və yuxarıdaki "Təthir ayəsi" sadalamaqla bitməyəcək saysız-hesabsız ayə və hədislərdən savayı, aşağıdakı hədis də O Həzrət (ə) pak və günahsız olduğuna dair qəti dəlildir: "Haqq Əli ilə, Əli də haqladır. Əli hara dönərsə, haqq da o tərəfdədir!"
Həqiqət necə Əlinin (ə) varlıq mehvərində fırlanır ki, onun şahidliyi qəbul edilmir?!
Sünni və Şiələrin nəql etdikləri bu Peyğəmbər (s) sözündən sonra kimin cürəti var ki, onun şahidliyini rədd etsin?!
4. Yanlız Ümmü-Eymənin şahidliyidə kifayət edirdi.Çünki ibn Əbil-Hədidin nəql etdiyi kimi, Ümmü-Eymən onlara dedi: "Məgər siz Peyğəmbərin (s) mənim barəmdə: "O, Cənnət əhlidir! dediyini etiraf etmirsiniz?! (Əgər bunu etiraf edirsinizsə, bəs necə olur ki, şahid ifadəmi rədd edirsiniz?!)"
5. Bunlardan savayı, məhkəmə hakimi müxtəlif əlamətlərdən yəqin hasil edərsə, bu, hökm çıxartmaq üçün kifayət edər. Əgər belədirsə, faktiki istifadə və şahidlərin hər birinin ifadələrinin ayrı-ayrılıqda həqiqəti isbat etmək üçün kifayət etməsi hakimin yəqin hasil etməsinə kifayət etmirmi?!
6. Peyğəmbərlərin (s) özlərindən sonra miras saxlamamaları barəsindəki hədis başqa şəkildə və başqa mənadadadır; Fədəyi qəsb edənlərin nəql və ya təfsir etdiyi kimi deyil! Çünki başqa mənbələrdə həmin hədis aşağıdakı kimidir: "Peyğəmbərlər özlərindən sonra dirhəm-dinar miras saxlamadılar,Onların mirasi elimdir. Kim onların elmindən daha çox faydalanarsa,daha çox miras payı əldə etmişdir."
Göründüyü kimi, bu hədis Peyğəmbərlərin (s) mənəvi mirasından söz açır,mal mirasına heç bir aidiyyəti yoxdur.
Bu həmin mətləbdir ki, məhşur hədisdə ifadə olunub:
"Alimlər Peyğəmbərlərin varislərisir."
Göründüyü kimi, "bizim bütün varidatımız sədəqədir" cümləsi ümumiyyətlə hədisdə yoxdur. Məgər Quranla açıq-aşkar zidd olan bir hədisin Peyğəmbərin (s) dilindən səslənməsi mümkündürmü? Cünki Qurani-məscidin bir çox ayələrində Peyğəmbərlərin (s) özlərindən sonra miras saxladıqları açıq-aydin bəyan edilir. Bu ayələrdə təkzibedilməz işarələr mövcuddur ki, məqsəd, təkcə mənəvi deyil, həm də maddi mirasdır.
Elə buna görə də, Xanım Zəhra (s.ə) Peyğəmbər (s) məscidində mühacir və ənsarın qarşısında etdiyi alovlu nitqində həmin ayələr istinad etdi. Onlardan heç kəs Həzrətin söylədiklərini təkzib etmədi.
Bütün bunları hamısı istinad etdikləri "hədisi" in qondarma olduğunun sübütudur.
7. Əgər bu hədis doğrudursa, necə ola bilər ki, Peyğəmbərin (s) Xanimlarından heç biri onu eşitməyibdir?!Niyə hamısı xəlifənin yanında gəlib özlərinin miras paylarını tələb etdilər?!
8. Əgər bu hədis doğrudursa, bəs nə üçün birinci xəlifə əbu bəkr sənəd yazıb, Fədəyi Fatiməyə (s.ə) qaytarılmasına əmr verdi?! Lakin həmin sənədi yolda ikinci xəlifə ömər Xanımın əlindən alıb, cırdı.
9. Fərz etsək ki, hədis doğrudur, onda Fədək sədəqə kimi fəqirlər arasında bölüşdürülməli idi. İkinci xəlifə ömər öz hakimiyyəti zamanında, iş-işdən keçəndən sonra Əlinin (ə) və Abbasın yanına adam göndərib onları çağırtdırdı və Fədəyi onlara təhvil verdi. Bu, tarixi kitablarda məhşur bir hadisə kimi nəql olunur.
10. Şiə və əhli-sünnənin məhşur mənbələrində nəql edilir; Fatimətuz-Zəhra (s.ə) Fədəyin onun əlindən alınmasından sonra onlara ( əbu bəkr və ömər) qəzəbləndi və buyurdu; "Mən bundan sonra sizinlə bir kəlmə də kəsməyəcəm!"
Bu küsülülük Xanım dərd-qəm içində bu dünyaya göz yumana qədər davam etdi. Halbuki, İslam mənbələrində Peyğəmbərdən (s) aşağıdakı məhşur hədis nəql olunur; " Kim qızım Fatiməni sevərsə, məni sevmişdir. Fatiməni qəzəbləndirən məni qəzəbləndirmişdir!"
Görəsən bu hədisin müqabilində Fatimənin (s.ə) tələb etdiyi bir haqqı onun əlindən alıb, doğruluğun iyini belə almamış və Quranın "Peyğəmbərlərin varisləri onlardan miras payı aparır" fikri ilə tamamilə zidd olan "hədis"ə istinad etmək nə qədər məntiqlidir?!
Hər halda, Fədəyin qəsb edilməsi üçün heç bir səbəb tapmaq mümkün deyil! Bu hərəkəti heç cür yozmaq mümkün olmur!
Bütün bunlar- Xanim Zəhranın (s.ə) istifadəçi olması, mötəbər şəhidlər, Quranın aydın hökmü və müxtəlif hədislər Həzrətin Fədək məsələsində haqlı olduğunu göstərir.
Bunlardan savayı, Quranın, övladların öz valideynlərindən miras əldə etmək barəsindəki ayələri də başqa bir şahid hesab olunur. Bu ayələrin istisna hallarının mövcudluğuna dair hər hansı bir mötəbər dəlil olmadığından, bu islami hökmlərə göz yummmaq olmaz!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər