Fəqir kimə deyilir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 26-06-2016, 19:34 | Şərh sayı: (0) | Baxılıb: 628
Fəqir kimə deyilir?
Sual: Fəqir kimə deyilir?
Cavab: Fəqir ərəb dilində “yoxsul, kasıb, möhtac” deməkdir. Fəqr (fəqirlik) anlayışı dini ədəbiyyatda bir neçə mənada işlədilir. Mənaların birinə görə, bütün insanlar fəqirdirlər, çünki Allah-təalanın mərhəmətinə möhtacdırlar. Yalnız Allah qənidir (zəngindir, ehtiyacsızdır): “Allah zəngindir, siz isə yoxsulsunuz” (Mühəmməd, 38). Fəqirlik bəzən mənəvi kasadlıq mənasında işlədilsə də, daha çox maddi yoxsulluq mənasında anlaşılır. İslam şəriətində fəqir elə şəxsə deyilir ki, özünün və ailəsinin bir illik dolanışıq xərcınə sahib deyil və bu məbləği qazanmaq imkanından da məhrumdur. Belə insana maddi yardım göstərmək qalan müsəlmanların vəzıfəsidir. Şəriətdə vacib buyurulan ehsanat (zəkat, fitrə zəkatı, fidyə, kəffarə), həmçınin, sədəqə bu cür şəxslərə ünvanlanır.
Fəqirə yardım göstərmək İslamda çox böyük savab sayılır. Əksinə, fəqirə təhqir gözü ilə baxmaq, kasıblığına görə onu alçaltmaq, könlünü qırmaq böyük günahdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər