Cenevrə böhranı dərinləşir - "PYD yoxdursa biz də yoxuq" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 15:56 | Şərh sayı: (0) | Baxılıb: 217
Cenevrə böhranı dərinləşir - "PYD yoxdursa biz də yoxuq"
Cenevrədə baş tutan Suriya görüşündə PKK-nın Suriya qoluna dəvətnamə göndərilməməsi Suriya demokratlarını qəzəbləndirib.
Avropa.info xəbər verir ki, PKK terror təşkilatının Suriya qolu olan PYD-nin Cenevrədə keçirilən müzakirələrə dəvət edilməməsinə reaksiya verən Demokratik Suriya Məclisinin həmsədri Heysəm Mənnan danışıqlara gəlməkdən imtina etdiklərini açıqlayıb.
Heysəm Mənnan PYD rəhbəri Saleh Müslim və İlham Əhmədin dəvət edilməyəcəyi təqdirdə danışıqlarda iştirak etməyəcəyini bildirib.
Riyaddakı müxaliflərin Cenevrə danışıqlarında iştirak edib-etməyəcəyi haqda qərarınının isə bu gün açıqlanması gözlənilir.
Xatırladaq ki, PYD lideri Saleh Müslim Cenevrə konfransı ilə bağlı özünə və ya başqa təşkilat üzvünə hər-hansı bir dəvətnamə göndərilmədiyini bildirmişdi.
Fransanın xarici işlər naziri Loren Fabius BMT-nin PYD-yə dəvətnamə göndərmədiyini açıqlamışdı.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər