İnsan rəhmətə gedərkən, ona aid olan şəxsi əşyaları məzarın içinə qoymaq olarmı? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 2-09-2016, 22:22 | Şərh sayı: (0) | Baxılıb: 408
İnsan rəhmətə gedərkən, ona aid olan şəxsi əşyaları məzarın içinə qoymaq olarmı?
Sual: İnsan rəhmətə gedərkən, ona aid olan şəxsi əşyaları, məsələn, protez dişi məzarın içinə qoymaq olarmı?
Cavab: Rəhmətə gedən adamın qəbrinə şəxsi əşyalarını qoymaq barədə qəti qadağan yoxdur. Lakin bu hərəkətin məntiqə uyğun gəlib-gəlmədiyinə diqqət yetirmək lazımdır. Protez diş kimi şəxsi əşyaların ölüyə fayda verəcəyini düşünmək yanlışdır. Çünki nə qəbir həyatında, nə də axirətdə ölüyə protez diş lazım olmayacaq. Keçmiş ümmətlər ölümdən sonrakı həyata başqa formada inandıqları üçün, ölünün yanına qida, geyim, silah və bəzək əşyaları qoyurdular. İnanırdılar ki, ölü o biri dünyada həmin qidanı yeyəcək, libası geyinəcək, silahla düşmənlərindən qorunacaq, bəzəklərdən istifadə edəcək. İslamın təqdim etdiyi məad əqidəsində bu kimi inanclara yer yoxdur. Bununla belə, insanın dini həyatına aid olan, ibadət və ehsanlarını təcəssüm etdirən bəzi əşyaları qəbrinə qoymaq olar. Məsələn, uzun müddət üzərində namaz qıldığı canamaz, səcdə etdiyi möhür, məsumlar üçün ağlayıb göz yaşını sildiyi dəsmal və s. Dəfnin ilk gecəsində sorğu-sual mələkləri ölünün ruhunu təftiş edərkən, bu əşyalar əyani-vəsait kimi çıxış edə bilərlər. Əlbəttə, o demək deyil ki, əgər canamaz ya möhür qəbrə qoyulmasa, ölünün qılmış olduğu namazlar hesaba alınmayacaq. Bunlar bir növ mərhuma və onun əzizlərinə təsəlli məqsədilə qəbrin içinə qoyulur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər