Qurani-kərimin uzun surəsini oxuyarkən yarıda kəsib, bir müddətdən sonra və ya başqa gün davam etdirmək olarmı? |
Müəllif: Admin | Bölmə: Slide, Sual-Cavab | Vaxt: 18-12-2015, 01:41 | Şərh sayı: (0) | Baxılıb: 349
Qurani-kərimin uzun surəsini oxuyarkən yarıda kəsib, bir müddətdən sonra və ya başqa gün davam etdirmək olarmı?
Qurani-kərimi oxumağın müddəti və həcmi barədə dinimizdə heç bir məhdudiyyət qoyulmayıb. İnsan istədiyi vaxt istədiyi qədər Quran oxuya bilər. Birdəfəyə Quranın bir neçə surəsini də oxumaq olar, cəmi bir ayəsini də. İslamın ilk illərində bəzi səhabələr Quranı üç gecəyə xətm edir, yəni bitirirdilər. Peyğəmbər bu hərəkəti bəyənilməz saysa da (insanı əziyyətə saldığı və başqa işlərdən uzaq qoyduğu üçün), amma qadağan da etməmişdi. Hər hansı Quran surəsini bir neçə dəfəyə oxumaq mümkündür. Əgər adamın bütöv surəni oxumağa vaxtı yoxdursa, hətta əgər vaxtı varsa, amma həvəsi yoxdursa, yarımçıq kəsib başqa bir gündə davam etdirə bilər. Sadəcə olaraq, əgər həmin surəni dünyasını dəyişmiş bir adamın ruhuna hədiyyə niyyəti ilə oxuyursa, hər iki dəfədə eyni niyyət etməlidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər