Övladın gözəl tərbiyəsindəki təsiri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-01-2016, 22:34 | Şərh sayı: (0) | Baxılıb: 372
Övladın gözəl tərbiyəsindəki təsiri
Bütün insanlar istəyirlər ki, övladları layiqli və əməlisaleh olsun; onları görməklə xoşhal olsun, köməklərindən istifadə etsinlər. Bundan əlavə, şəri nəzərdən də ata-analar övladlarının düzgün tərbiyəsində məsuliyyət daşıyırlar. Bu barədə hər növ səhlənkarlıq və etinasızlıq axirətdə cəzalandırılmağa, ilahi dərgahda məhkəməyə çəkilməyə səbəb olacaqdır. Belə ki, imamlarımız bu barədə xətər hiss edərək bu mühüm dini və ictimai vəzifəni yerinə yetirməkdə Allahdan kömək istəmişlər. Biz bu kitabın ikinci bölməsində bu barədə müfəssəl bir bəhs açmışıq. Amma bizim nəzərimizdə olan əsas məsələ valideynlərin övladlarla rəftar tərzinin təsiri barəsindədir. Ata və ana öz həyatlarında gərək övladlarının təlim-tərbiyə məsuliyyətini nəzərə alsınlar, bir-biri ilə elə rəftar etsinlər ki, onların əxlaqi və mənəvi təkamülünə səbəb olsun, fikri və əxlaqi azğınlıqlardan, sapmalardan amanda olsunlar. Əks halda, valideynlər övladların tərbiyəsində xəta yolu getmiş olurlar. Nəticədə İlahinin dərgahında müqəssir sayılacaqlar və heç vaxt öz arzuslarına–saleh övlada malik olmaq arzusuna çatmayacaqlar. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "Övladlar öz ata-anaları qarşısında yaxşılıq etməykdə və onlara tabe olmaqda məsuliyyət daşıdıqları kimi, ata-ana da övladın düzgün tərbiyə olunması və onların hüquqlarının təmin olunmasında ağır məsuliyyət daşıyırlar və səhlənkarlıq edəcəkləri təqdirdə üzünə ağ hesab olunacaqlar.” İmam Sadiq (əleyhissalam) bir hədisdə belə nəql edir: Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "Övladların ata üzərində olan hüquqlarından biri də budur ki, ata öz həyat yoldaşı ilə düzgün və şadlıq yaradan tərzdə rəftar etsin, həyat yoldaşına ehtiram qoymaqla çalışsın ki, hər növ nalayiq danışıqdan və təhqirdən çəkinsin.” Bu hədisdə qız və oğlanların təlim-tərbiyəsində bir-biri ilə fərqlənən vəzifə və təlim-tərbiyə üsulları nəzərə alınmışdır. Həmçinin, həyat yoldaşı ilə yaxşı rəftar etmək, ona ehtiram qoyub əzizləmək övladların hüquqlarından sayılır. Çünki uşağın beyni fotoaparatın lenti kimidir, ata-ananın bütün əməl və rəftarları onların beynində həkk olunur və övladlar onlara diqqət yetirib beyinlərində saxlayırlar. Bilirik ki, ailə mühiti və valideynlərin əməlləri övladda sair əməllərdən daha çox təsir qoyur. Uşaqlar, adətən, rəftar və əməllərində öz ata-analarına təqlid edirlər. Buna görə də müqəddəs islam dini ata-analara tövsiyə edir ki, ailə mühitində səmimi yaşasınlar, övladlarını sevsinlər, hər növ vurmaqla tənbeh etməkdən, nadürüst kəlamlardan, xoşagəlməz hərəkətlərdən çəkinsinlər, uşağın həyat mühitini öz mehr-məhəbbətləri ilə isti saxlasınlar. Beləliklə də onun hər növ inhirafdan saxlasınlar. Burada sizin diqqətinizi bir hadisəyə cəlb edirik: kiçik yaşlı uşaqları və körpələri ad qoymaq, təbərrük və şəfa üçün Peyğəmbərin yanına gətirirdilər. O Həzrət tam məhəbbət və təvazökarlıqla onları qucağına alır, onlara məhəbbət göstərirdi. Beləliklə də həm uşaqlara məhəbbət və lütf edir, həm də onların valideynlərinin qəlbini ələ alırdı. Bir hədisdə gəlmişdir ki, çox zaman bu uşaqlar Həzrətin məhəbbət dolu ağuşunu bulayır, üstünə bovl edirdilər. Əgər uşağın ata-anası bu işlərə görə uşağın üstünə qışqırırıdısa, Həzrət şiddətlə əksül-əməl göstərir və buyururdu ki, qoyun uşaq tam aramlıqla bovl edib qurtarsın. Sonra uşağın adqoyma mərasimi başlanırdı və ata-anaları tam razılıqla Həzrətin hüzurundan geri qayıdırdılar. Azacıq narahatlıq o Həzrətin üzündə görünmürdü; əksinə, nə qədər ki, uşağın valideynləri Həzrətin hüzurunda idilər, o, öz paltarını yumaz və onları xəcalətli etməzdi. Bəli, məhəbbət və ehtiram, xüsusilə ailə mühitində, övladların tərbiyəsində müsbət rol oynayır. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) beləliklə də öz ardıcıllarına uşaqlara nəvazişlə, ehtiramla yanaşmağı öyrədir. Əgər ata-ana bir-biri ilə mülayim davranıb yaxşı rəftar etsələr, onların övladları da əməli saleh və layiqli olacaqdır. Əgər Allah eləməmiş, bir-biri ilə yaramaz, qeyri-səhih tərzdə rəftar edərlərsə, onların övladları da münhərif və tərbiyəsiz olacaqlar. Bu fəslin axırında əməlisaleh övladların dəyəri barəsində olan bir neçə hədisi diqqətinizə çatdırırıq: İmam Baqir (əleyhissalam) buyurur: "İnsanın səadətlərindən, xoşbəxtliklərindən biri də budur ki, qiyafə, əxlaq və s. cəhətlərdə ona oxşayan övladı olsun.” İmam Sadiq (əleyhissalam) buyurur: "Allahın mömin bəndəsindən olan mirası budur ki, onun layiqli övladı olsun və onun üçün istiğfar etsin.” Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "Övladlarınıza ikram edin (əzizləyin), onların ədəblərini gözəlləşdirin ki, Allah sizi bağışlasın. Həzrət yenə buyurur: "Əməlisaleh övlad cənət güllərindən olan bir ətirli güldür. Layiqli övlada sahib olmaq əsas etibarı ilə ata-ananın əxlaq, ədəb və yaşayış üslubuna bağlıdır. Əksərən nasaleh övladlar layiqli ata anadan məhrum olmuş şəxslərdir. Buna əsasən, layiqli ailələrin övladın tərbiyəsində böyük rol ifa edir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər