Ədəb haqqında gözəl hədislər |
Müəllif: Hesen_Mucteba | Bölmə: Hədislər | Vaxt: 23-09-2016, 23:58 | Şərh sayı: (0) | Baxılıb: 813
İmam Əli (ə.s): Ədəb insanın kamalıdır.
İmam Əli (ə.s): Ey mömin! Sənin canının qiymət və dəyəri elm və ədəbdir.Odur ki,bu iki şeyi əldə etməyə çalış! Çünki elm və ədəbin hər nə qədər artsa qədir-qiymətin də bir o qədər artar.
İmam Əli (ə.s): Ədəb xislətlərin ən gözəlidir.
İmam Əli (ə.s): Ataların övladları üçün qoyduqları ən yaxşı miras ədəbdir.
İmam Əli (ə.s): İnsanlar qızıl-gümüşdənsə gözəl ədəbə daha çox möhtacdırlar.
İmam Əli (ə.s): Gözəl ədəb ən üstün əsil-nəsəb və ən yüksək qohumluqdur.
İmam Əli (ə.s): Ədəb öyrən! Çünki o əsil-nəcabət şərəfinin zinətidir.
İmam Əli (ə.s): Ədəbdən xeyirli şərəf yoxdur.
Ədəb və ağıl.
İslam Peyğəmbəri (s.a.v.v): Gözəl ədəb ağlın zinətidir.
İmam Əli (ə.s): Hər şey ağla möhtacdır,ağıl isə ədəbə.
İmam Əli (ə.s): Ədəb insanda kökü ağıl olan ağac kimidir.
İmam Əli (ə.s): Kimin ədəbi ağlını ötsə o çoxlu qoyun arasında olan çoban kimidir.
İmam Hüseyn (ə): Ağlı olmayanın ədəbi olmaz.
Nəfsin ədəbləndirilmə və tərbiyəsi.
İmam Əli (ə.s) buyurur: Nəfslərinizi tərbiyə etməyi öhdənizə götürün və onları adətlərin onlara hakim olmasından saxlayın.
İmam Əli (ə.s) buyurur: Özü-özünün müəllimi və tərbiyəçisi olan kəs camaata müəllim və tərbiyəçi olan şəxsdən daha təqdirəlayiqdir.
Ədəbin nəticəsi
Allah Təala İsaya (ə.s) buyurdu: Öz qəlbini (məndən olan) qorxu ilə tərbiyə et.
İsa ibn Məryəmə (ə.s) dedilər: Sənə kim ədəb öyrətdi? Buyurdu: Heç kəs mənə ədəb öyrətmədi,nadanlığın çirkinliyini gördüm və ondan uzaqlaşdım.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər