İnsandan xəstəlik üzündən tez-tez yel xaric olursa, namazlarını necə qılmalıdır? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 1-10-2016, 15:27 | Şərh sayı: (0) | Baxılıb: 532
İnsandan xəstəlik üzündən tez-tez yel xaric olursa, namazlarını necə qılmalıdır?
Sual: İnsandan xəstəlik üzündən tez-tez yel xaric olursa və dəstəmazı tez-tez pozulursa, namazlarını necə qılmalıdır?
Cavab: Bu cür şəxs üzürlü sayılır və o, öz vəziyyətlərinə uyğun olaraq mümkün şəkildə namazlarını qılmalıdır. Bu zaman aşağıdakı şərtlərə əməl etməsi lazımdır. Birincisi, əgər bəzi vaxtlarda mədə yelinin kəsildiyini ya zəiflədiyini bilirsə, namaz vaxtı çərçivəsində həmin müddətdə namazını qılmağa çalışmalıdır. Məsələn, yeməkdən sonra mədə yeli güclənirsə, çətinlik yaranmadığı halda namazını yeməkdən qabaq qılması məsləhətdir. İkincisi, bir namazı qılıb bitirincəyə kimi mədə yelinin qarşısını ala bilməyən adam hər namazdan ötrü ayrıca dəstəmaz almalıdır. Yəni məsələn, zöhr və əsr namazlarını ardıcıl qılmaq istəyirsə, zöhrü qılıb qurtardıqdan sonra əsr namazı üçün yenidən dəstəmaz alsın. Üçüncüsü, dəstəmaz aldıqdan dərhal sonra yubanmadan namaza başlamalıdır. Həmçinin, namazın yalnız vacib əməllərini yerinə yetirməsi, müstəhəb əməllərə vaxt itirməməsi yaxşıdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər