Adamın qolundakı yaradan qan gəlirsə, dəstəmazı necə almalıdır? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 2-09-2016, 22:25 | Şərh sayı: (0) | Baxılıb: 307
Adamın qolundakı yaradan qan gəlirsə, dəstəmazı necə almalıdır?
Sual: Adamın qolundakı yaradan qan gəlirsə, dəstəmazı necə almalıdır?
Cavab: Əgər dəstəmaz üzvlərindən biri qanayıbsa, bu halda imkan daxilində qanın kəsilməsini gözləmək məsləhətdir. Yara kiçikdirsə, qısa müddətdən sonra qan laxtalanıb kəsilməlidir. Bu halda yaranı suya çəkib, normal şəkildə dəstəmaz almaq lazımdır. Əgər qan qısa müddətdə kəsilmirsə, qan kəsilincəyə kimi gözləməyə də vaxt yoxdursa, bu halda aşağıdakı qaydaya əməl etməlidir: əvvəlcə qolu dəstəmaz niyyəti ilə yumalıdır. Sonra qolu axar suya və ya kür suya salıb, yaranın üstünü sıxmaq lazımdır ki, qanı kəsilsin. Qan kəsiləndən sonra əvvəlcə yaranın üstünə dəstəmaz niyyətilə su axıtmaq, daha sonra yaradan aşağıya doğru qolu yumaq lazımdır. Beləcə, bütün qol dəstəmaz niyyətilə yuxarıdan aşağıya doğru yuyulmuş olacaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər