Namazın vacibatı-Niyyət |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 5-05-2015, 15:19 | Şərh sayı: (0) | Baxılıb: 822
Namazın vacibatı-Niyyət
1) Niyyətin mənası və hökmü:
Niyyət, namazın vacib əməllərindən olub namazı Allahın əmrinə itaət məqsədilə qilmaqdır.
Diqqət:
Namazın vacib əməllərindən sayılan niyyət, namazı Allaha xatir qılmaq məqsədində olmaqdır. Namaza başlayarkən bu məqsədi zehindən keçirmək və ya dilə gətirməyə ehtiyac yoxdur. Məsələn, namazqılan belə desin: dörd rəkət zöhr namazı qılıram qürbətən iləllah.
Namazqılan şəxs hansı namazı qıldığını müəyyən etməlidir. Beləliklə, əgər insan niyyətində dörd rəkət namaz qılmağı tutsa, lakin zöhr, yoxsa əsr namazı olduğunu müəyyənləşdirməsə, namazı batildir.
İnsan, Aləmlərin Rəbbinin əmrinə itaət məqsədilə namaz qılmalıdır. Odur ki, əgər riyakarlıq etsə, yəni, özünü dindar kimi göstərmək məqsəilə namaz qılsa, namazı batildir.
Niyyəti döndərmək
1. Vacib olan hallar
Əsr namazından zöhr namazına döndərmək: əgər əsr namazının xüsusi vaxtından öncə namazqılan namaz əsnasında zöhr namazını qılmadığını xatırlasa
İşa namazından məğrib namazına döndərmək: işa namazının xüsusi vaxtından qabaq namaz əsnasında məğrib namazını qılmadığını xatırlasa
İki qəzaya getmiş namazı qılarkən namazların tərtibinə riayət etmək şərtdir (məsələn, zöhr və əsr namazlarının qəzası) və bu halda birinci namazı qoyub ikinci namazı qılan şəxs namaz əsnasında niyyətini birinci namaza döndərməlidir.
2.Müstəhəb olan hallar
Namazın fəzilətli vaxtını əldən verməmək şərtilə əda namazının (öz vaxtında qılınan namaz) niyyətini vacib qəza namazına döndərmək.
Camaat namazının savabını əldə etmək üçün (yəni, namazı camaatla qılmaq üçün) qıldığı vacib namazın niyyətini qəzaya gedən vacib namaza döndərmək.
Cümə gününün zöhr namazının niyyətini nafilə namazına döndərmək: Belə ki, namazqılan şəxs unudaraq Həmddən sonra Cümə surəsinin əvəzinə digər bir surəni, yaxud daha çox hissəsini oxumuşdur. Müstəhəbdir ki, bu yarıya qədər, şəxs, vacib namazın niyyətini nafilə namazına döndərsin və sonra Zöhr namazına başlayıb Həmddən sonra Cümə surəsini oxusun.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər