Adam səfərdə namaz qılmaq imkanı olmayacağını ehtimal edirsə, bir günlük namazlarını qabaqcadan qıla bilərmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 19-05-2016, 14:08 | Şərh sayı: (0) | Baxılıb: 443
Adam səfərdə namaz qılmaq imkanı olmayacağını ehtimal edirsə, bir günlük namazlarını qabaqcadan qıla bilərmi?
Sual: Adam səfərdə namaz qılmaq imkanı olmayacağını ehtimal edirsə, bir günlük namazlarını qabaqcadan qıla bilərmi?
Cavab: İslam şəriətinə görə gündəlik namazlar, Ramazan orucu, həcc kimi vacib ibadətləri öz vaxt çərçivəsində yerinə yetirmək lazımdır. Vaxt daxil olmadan bu ibadətləri yerinə yetirmək olmaz. Kimsə bunu etsə səhv edir və ibadət məsuliyyəti onun boynundan götürülmür. Əgər vaxt çərçivəsi ərzində ibadəti etməsə, vaxt bitdikdən sonra qəza edə bilər, amma vaxtından qabaq edə bilməz. Əgər insan gün ərzində namazları qıla bilməyəcəyini ehtimal etsə belə, onları vaxtından qabaq yerinə yetirə bilməz. Qeyd edirik ki, namazı qəsdən qılmayıb qəzaya vermək də günah sayılır. Şəriətin nəzərdə tutduğu qaydalar daxilində namaz üçün münasib bir şərait tapıb mütləq qılmaq lazımdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər