Dəstəmazlı adam yemək yeyəndə dəstəmaz pozulurmu? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 15-12-2015, 22:06 | Şərh sayı: (0) | Baxılıb: 516
Dəstəmazlı adam yemək yeyəndə dəstəmaz pozulurmu?
Dəstəmazı pozan əməllər şəriətdə dəqiq şəkildə göstərilib. Bunların arasında yemək və içmək qeyd edilməyib. Yeyib-içmək dəstəmazı pozmaz. Hətta dəstəmaz ala-ala nə isə yemək və içmək də dəstəmazı pozmaz. Yəni adam dəstəmaz almazdan əvəl ağzına yemək qoysa, sonra onu çeynəyə-çeynəyə dəstəmaz alsa və yaxud dəstəmaz alan zaman üzünə vurduğu sudan bir az ağzına getsə, dəstəmaz öz qüvvəsində qalır. İki namazın arasında da yemək və içmək icazəlidir. Amma yeyəndən sonra namaza başlamazdan əvvəl ağzını yaxalaması məsləhətdir ki, qida qırıntıları ağzından təmizlənsin.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər