Vaxtında qılınmamış namazların qəzasını mütləq o namazın əda vaxtında qılmaq lazımdırmı? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 2-06-2016, 18:54 | Şərh sayı: (0) | Baxılıb: 578
Vaxtında qılınmamış namazların qəzasını mütləq o namazın əda vaxtında qılmaq lazımdırmı?
Sual: Vaxtında qılınmamış namazların qəzasını mütləq o namazın əda vaxtında qılmaq lazımdırmı?
Cavab: Əvvəla, namazları heç bir bəhanə ilə qəzaya vermək olmaz. İnsan hər bir şəraitdə gündəlik vacib namazları qılmağa çalışmalıdır. Bunun üçün şəriətdə hətta bəzi güzəştlər də nəzərdə tutulub (məsələn, səfərdə qılınan namaz, xəstə adamın namazı və s.) Amma əgər namaz qəzaya gedərsə, onun qəzasını istənilən vaxt qılmaq olar. Bunun üçün xüsusi vaxt təyin edilməyib. Qəza namazını istənilən gün və günün istənilən vaxtı qılmaq mümkündür. Vacib deyil ki, məsələn, sübh namazının vaxtı başq gün mütləq sübh namazının vaxtında qılınsın. Amma qəza namazlarını bacardıqca tez qəza etmək yaxşıdır. Hətta daha yaxşı olar ki, növbəti əda namazını qılmazdan əvvəl insan qəza namazını yerinə yetirib borcdan azad olsun.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər