Möminlər namazlarını qoruyurlar |
Müəllif: Eli Aşiqi | Bölmə: Namaz | Vaxt: 19-02-2015, 22:01 | Şərh sayı: (0) | Baxılıb: 2858
Möminlər namazlarını qoruyurlar
Allah Qurani-kərimdə buyurur: وَالَّذِينَ هُمْ عَلَى صَلَاتِهِمْ يُحَافِظُونَ
"Və onlar (möminlər) ki, namazlarını qoruyurlar”("Məaric”, 34.).
Namaz iki halda qoruna bilər:
1. Namaz qılan şəxs namazın hökmlərinin düzgün icrasına, surə və zikrləri doğru qiraət etməsinə diqqət yetirməlidir.
Namazda qorunması lazım olan şərtlərə və onların mənəvi yönlərinə diqqət edək:
a) Namaz qılan şəxsin bədəni və paltarı nəcisdən pak olmalıdır. Bu, həm də insanın günah və rəzil əxlaqi keyfiyyətlərdən pak olmasına işarədir.
Bəlkə də, dəstəmaz almaqdan məqsəd maddi aləmdən əlini üzüb, mənəviyyata yaxınlaşmaq, qüsl isə şəhvət dəryasından paklıq sahilinə çıxmaqdır.
b) Namaz halında üzü qibləyə - Kəbə evinə tərəf dayandığımız kimi, bütün vücudumuzu, qəlbimizi də o evin sahibinə - Allaha yönəltməliyik.
q) Namaz vaxtlarına diqqət yetirmək insanı ömr sərmayəsinin qədrini bilməyə, bu xəzinədən lazım olan bir gün üçün səmərli istifadə etməyə sövq edir.
c) Namaz qılınan yerin mübah olmasının lazımlığı, insanın maddi aləmin fövqündə dayanmasının rəmzidir. Buna görə də namaz "Merac”a bənzədilmişdir.
2. Yuxarıda qeyd edilən şərtlərdən başqa Namazda saf niyyətin, qəlb hüzurunun olması da çox önəmlidir. İslam Peyğəmbərindən (s) belə nəql edilir: لا صلاه الا بحضر القلب
"Qəlbin hüzuru olmadan namaz yoxdur”("Ərbəin”, Şeyx Bəhai, hədis. 37.).
Namazda nə qədər qəlb hüzuru olarsa, namaz da o qədər qəbul edilir. Belə ki, əgər insanın namaz halında Allaha diqqəti bir-iki dəqiqəlik olarsa, onun bir iki dəqiqəlik namazı da qəbul edilir və namazın qalan hissəsi isə boş əyilib qalxmaqdan başqa bir şey olmur.
İmam Baqir (ə) buyurur: "Bəndənin tam qəlblə qıldığı namazı yuxarı aparılır”.
İndiyə qədər günəşin mikroskopun vasitəsi ilə kağızı yandırmasına diqqət yetirmisinizmi? Niyə günəş mikroskopsuz kağızı yandırmır? Çünki, mikroskop əhatəsində olan bütün günəş şualarını bir yerə toplayır və yaranan hərarət vasitəsi ilə kağız yanmağa başlayır.
İnsan namaz halında qəlb hüzuru ilə diqqətini bir yerə topladıqda fikrində mikroskopun fəaliyyəti icra olur. Namaz qılan şəxsdə bu hal yaranan zaman ilahi feyzi qəbul etməyə hazır olur. Allahın rəhmət feyzi hər yeri əhatə etmişdir. Yalnız biz özümüzü onu qəbul etməyə hazır etməliyik ki, Allahın eşqi canımıza yayılsın.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər