Nə üçün Bəqi qəbristanlığından şiələrin namaz qılması etiraza səbəb olur? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 6-01-2016, 06:35 | Şərh sayı: (0) | Baxılıb: 448
Nə üçün Bəqi qəbristanlığından şiələrin namaz qılması etiraza səbəb olur?
Sual: Nə üçün Bəqi qəbristanlığından bayırda şiələrin namaz qılması etiraza səbəb olur?
Cavab: Sünni məzhəbi alimlərindən bəziləri qəbir kənarında namaz qılınmasını bidət sayır, onun şirkə apardığını bildirirlər.("Töhfətul-ixvan”, Ben Baz, s. 14 və 68.) Güman ki, onlar şiələrin Bəqi ətrafında qıldıqları namazı da qəbir kənarındakı namaz kimi qiymətləndirirlər. Hətta İbn Bazın fətvasına görə, qəbir olan məsciddə namaz qılmaq düzgün deyil.("Töhfətul-ixvan”, Ben Baz, s. 14 və 68) O deyir ki, qəbir kənarında namaz qılan adama mane olmaq lazımdır. Maraqlıdır ki, Məscidül-həram və Məscidün-nəbidə xeyli qəbir olduğu halda, nə üçün həmin yerlərdə namaz qılmaq haram edilməyib? Görən neçə illər Məscidün-nəbidə Peyğəmbərin (s) və başqa iki şəxsin qəbri kənarında namaz qılmış Aişə haqqında nə düşünürlər?
Yaxşı olar ki, bütün deyilənləri nəzərə alaraq, əziz möminlər yersiz ittihamlara səbəb olmamaq üçün namazlarını Məscidün-nəbidə qılsınlar. Məscidün-nəbidə qılınan namaz kənarda qılınan on min namaza bərabərdir.
İki yaddaş
1. Sünnə əhli iddia edir ki, günün müəyyən saatlarında namaz qılmaq olmaz. Guya, sübh namazından günəş doğanadək və ikindi namazından gün batanadək namaz qılmaq nəhy (qadağan) olunub. Bəqi kənarında həmin vaxtlarda namaz qılanlar həm də bu cəhətdən ittiham edilə bilərlər. Əhli-beyt aşiqləri diqqətli olmalı, öz hərəkətləri ilə Əhli-beyti (ə) qınaq altda qoymamalıdırlar. Ümumiyyətlə, harada və nə vaxt namaz qılmaq barədə alimlərə müraciət etmək lazımdır.
2. Bəzi şiələr Məscidün-nəbidə camaat namazını bitirən kimi öz sübh namazlarını qılmağa başlayırlar. Sübh namazından sonra gün doğanadək namaz qılınmasını caiz saymayan sünnə əhli bu işə pis baxır. Ona görə də ehtiyat üçün sübh namazını təzələmək istəyənlər bu işi camaat namazından qabaq görməlidirlər. Belə olsa bədgümançılıqlar da aradan qalxar. Əlbəttə ki, deyilənlər camaat namazı bitdikdən sonra məscidə daxil olanlara aid deyil.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər