Səcdəyə gedərkən dizləri ağrıyan adam dizlərinin altına döşəkçə qoya bilərmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 28-07-2016, 13:49 | Şərh sayı: (0) | Baxılıb: 526
Səcdəyə gedərkən dizləri ağrıyan adam dizlərinin altına döşəkçə qoya bilərmi?
Sual: Əgər namazda səcdəyə gedərkən adamın dizləri ağrıyırsa, dizlərinin altına döşəkçə qoya bilərmi?
Cavab: Namaz zamanı dizlərin altına döşəkçə qoymağa icazə verilir. Amma diqqət yetirmək lazımdır ki, döşəkçə həddindən artıq hündür olmasın. Belə ki, şəriətə görə səcdə üzvlərinin səviyyəsi arasında dörd barmaq eni qədər məsafə olsa səcdə batil olar. Alnın qoyulduğu yer dizlərin və ayaq barmaqlarının qoyulduğu yerdən dörd barmaq eni qədər yüksək və ya alçaq olmamalıdır. Ona görə diqqət yetirmək lazımdır ki, dizlərin altına qoyulan döşəkçənin qalınlığı dörd barmaq enindən çox olmasın.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər