Namaza təzə başlayan adam sözləri yadında saxlaya bilmədiyi təqdirdə kağıza baxa bilərmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 4-05-2016, 23:50 | Şərh sayı: (0) | Baxılıb: 317
Namaza təzə başlayan adam sözləri yadında saxlaya bilmədiyi təqdirdə kağıza baxa bilərmi?
Sual: Namaza təzə başlayan adam sözləri yadında saxlaya bilmədiyi təqdirdə kağıza baxa bilərmi?
Cavab: Əvvəla, qeyd edək ki, namaz zamanı deyilməsi vacib olan sözlər o qədər də çox deyil. Bunların həcmi yarım səhifədən o yana keçmir. Yəni namazın sözlərini əzbərləmək o qədər də çətin iş deyil. Əgər insanın hafizəsi zəifdirsə, namazın yalnız vacib olan sözlərini əzbərləməyə çalışmalıdır, müstəhəb sözləri tərk etməsi də icazəlidir. Əgər hafizəsi imkan verərsə, müstəhəbbatı sonra da öyrənə bilər. Hafizə həddən artıq zəifdirsə və ya namaz sözlərinə adamın dili yatmırsa, bir müddət (əzbərləyənə kimi) kağızın üzündən oxumaqla da namazı qıla bilər. Bu zaman diqqətli olmalıdır ki, qiblədən dönməmək üçün kağızı düz qabaqda tutub oxusun.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər