Namazın vacibatı-Ruku |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 5-05-2015, 16:09 | Şərh sayı: (0) | Baxılıb: 1461
Namazın vacibatı-Ruku
1) Rükunun mənası və əhkamı:
Hər rəkətdə qiraətdən sonra bir rüku yerinə yetirmək vacibdir. Rüku əllər dizlərə çatanadək əyilmək deməkdir.
Diqqət:
Əgər namazqılan şəxs rüku səviyyəsinə qədər əyilib dayandıqdan sonra qalxıb yenidən rüku niyyətilə əyilsə, namazı batildir (Çünki rüku rükndür və onu artırmaq namazı batil edir).
2) Rükunun vacibatları:
Rükunun vacibatları
1. O həddə qədər əyilmək lazımdır ki, əlləri dizlərə qoymaq mümkün olsun.
2. Zikr.
3. Rükunun zikrini dedikdə bədən hərəkətsiz olmalıdır.
4. Rükudan qalxıb ayaqüstə dayanmaq.
5. Vacib ehtiyata görə rükuda əlləri dizlərə qoymaq lazımdır.
I. O həddə qədər əyilmək lazımdır ki, əlləri dizlərə qoymaq mümkün olsun:
1) Namazqılan şəxs namazın hər rəkətində qiraətdən sonra o həddə qədər əyilməlidir ki, əllərini dizlərinə qoya bilsin. Əl barmaqlarının ucu belə dizlərinə çatsa, kifayətdir.
2) Vacib ehtiyata görə rükuda əlləri dizlərə qoymaq lazımdır.
3) Əyilmək, rüku niyyətilə olmalıdır. Odur ki, əgər namazqılan şəxs başqa bir niyyətlə əyilsə, məsələn, yerdən bir şeyi götürmək niyyətilə əyilsə, bu əyilmə rüku sayılmır. Həmin şəxs qalxmalı və rüku niyyətilə əyilməlidir. Bu halda namaz batil olmur, çünki namazın rüknu artırılmayıbdır.
4) Oturan halda namaz qılan şəxs, rüku zamanı üzü dizlərinin səviyyəsinə çatanadək əyilsə, kifayətdir.
II. Zikr:
Rükunun vacib zikri 1 dəfə "Subhanə rəbbiyəl əzimi və bihəmdih” və ya 3 dəfə "Subhanəllah”dır. "Subhanəllah” yerinə 3 dəfə "Əlhəmdu lillah” və ya "Allahu Əkbər” demək də kifayətdir.
III. Rükunun zikrini dedikdə bədən hərəkətsiz olmalıdır:
1. Rükunun vacib zikrini deyən zaman bədən hərəkətsiz olmalıdır. Hətta müstəhəb zikrlərini, məsələn "Subhanə rəbiyyəl əzimi və bihəmdih” zikrini təkrar edən və ya digər zikrlər vacib ehtiyata görə bədən hərəkətsiz olmalıdır.
2. Əgər rükunun vacib zikrini dediyi zaman namazqılanın bədəni qeyri-ixtiyari hərəkət etsə və müvazinəti pozulsa, adi hala qayıtdıqdan sonra vacib zikri yenidən deməlidir.
3. Rükunun zikrini deyərkən bədənin hərəkətsiz olmasının vacib olduğunu bilən şəxs
Əgər rüku həddinə çatmamışdan və bədən hərəkətsiz olmamışdan öncə rükunun zikrini desə-Bilərəkdən olsa, namazı batildir. Səhvən olsa, rüku həddinə çatdıqdan və bədən hərəkətsiz olduqdan sonra vacib zikri yenidən deməlidir.
Rükunun vacib zikri qurtarmamışdan öncə rükudan qalxsa-Bilərəkdən olsa, namazı batildir. Səhvən olsa- Rüku həddindən xaric olmazdan öncə zikri tamamlamadığını anlasa, dayanmalı və rükunun zikrini tamamlamalıdır.- Rüku həddindən xaric olduqdan sonra zikri tamamlamadığını bilsə, namazı düzdür.
4. Hər kim xəstəlik və bu kimi səbəblərə görə 3 dəfə "Subhanəllah” deyənə qədər rükuda qala bilmirsə, 1 dəfə "Subhənallah” deməklə ki-fayətlənə bilər. Əgər ancaq bir an rükuda qala bilirsə, vacib ehtiyata görə rükunun zikrini həmin anda deməyə başlamalı və qalxarkən tamamlamalıdır.
IV. Rükudan qalxıb ayaqüstə dayanmaq:
Namazqılan şəxs rükunun zikrini tamamladıqdan sonra qalxıb düz dayanmalı, sonra səcdəyə getməlidir. Əgər bilərəkdən qalxıb düz daynmasa və səcdəyə getsə, namazı batildir.
3) Rükunu unutmaq
Rükunu unudan şəxs
1.Birinci səcdəni yerinə yetirməmişdən öncə yadına düşsə, ayağa qalxmalı, sonra rükuya getməlidir. Tam ayağa qalxmadan əyilmiş halda rükuya getsə, kifayət etmir və belə rüku ilə kifayətlənsə, namazı batildir.
2.İkinci səcdəni yerinə yetirərkən yadına düşsə, namazı batildir (Çünki namazın rüknlərindən birini yerinə yetirməmişdir).
3.İkinci səcdəni yerinə yetirməmişdən öncə yadına düşsə (yəni, elə birinci səcdəni yerinə yetirərkən və ya birinci səcdədən qalxıb ikinci səcdəyə getməmişdən öncə), ayağa qalxmalı və sonra rükuya getməlidir. Daha sonra iki səcdəni yerinə yetirməlidir. Namazını tamamladıqdan sonra vacib ehtiyata görə yerinə yetirdiyi artıq səcdəyə görə iki səcdeyi-səhv yerinə yetirməlidir.
4) Rükunun bir sıra müstəhəb əməlləri
1. Rükuya getməzdən öncə ayaq üstə ikən təkbir (Allahu Əkbər) demək.
2. Əgər namazqılan şəxs kişidirsə, dizlərini geriyə versin, əgər qadındırsa, geriyə verməsin.
3. Başını aşağı salmamaq və bədəni istiqamətində düz saxlamaq.
4. Əlin içini dizlərin üstünə qoymaq.
5. İki ayağın arasına baxmaq.
6. Rükunun zikrindən öncə və ya sonra salavat demək.
7. Rükudan qalxıb ayaq üstə dayanan vaxt "Səmiəllahu limən həmidəh” demək
8. Əgər namazqılan şəxs qadındırsa, əllərini dizlərindən yuxarıya qoysun.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər