Əllərində naqislik olan adam səcdədə nə etməlidir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 26-03-2016, 22:38 | Şərh sayı: (0) | Baxılıb: 1816
Əllərində naqislik olan adam səcdədə nə etməlidir?
Sual: Əllərində naqislik olan (məsələn, əlləri biləkdən kəsilmiş) adam səcdədə nə etməlidir? Alnında yara və çiban olan adam səcdədə nə etməlidir?
Cavab: Səcdə zamanı əllərin içi, yəni barmaqlar və ovuc yerə qoyulmalıdır. Əgər bu, mümkün olmasa, yəni əllərin içində hər hansı müvəqqəti və ya daimi xəstəlik olsa, əllərin üstünü yerə qoya bilər. Əgər barmaqlar kəsilibsə, qalan bütün əlin içi yerə qoyulmalıdır. Əgər əl biləkdən kəsilibsə, gərək bilək yerə qoyulsun. Əgər biləkdən də yuxarı kəsilmişsə, onda dirsəklər yerə qoyulmalıdır.
Alnında çiban olan adam əgər alnının ortasını heç cür yerə qoya bilmirsə, alnın yan tərəfləri ilə səcdə etsin. Əgər mümkün deyilsə, yanağı ilə və ya sifətinin hər hansı mümkün yeri ilə səcdə edə bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər