Namazda rükudan və səcdədən qalxarkən təkbir deməyin hökmü nədir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 26-12-2015, 23:39 | Şərh sayı: (0) | Baxılıb: 1348
Namazda rükudan və səcdədən qalxarkən təkbir deməyin hökmü nədir?
Namaz əməlləri arasında təkbir (yəni “Allahü əkbər”) söyləmək müstəhəbdir. Hər bir namaz əməlinin axırında və növbəti əməlin başlanğıcında təkbir söyləməyin savabı var. Təkbir zamanı əlləri sifət bərabərinə qaldırmaq da bəyənilir. Amma diqqət yetirmək lazımdır ki, əhli-sünnə məzhəbinə görə təkbiri namaz əməlinin icrası zamanı deyirlər. Yəni məsələn, insan rükudan qalxdığı zaman və ya səcdədən başını qaldırarkən təkbir söyləyir. Amma şiə məzhəbində bədən aram (sakit) olduğu halda təkbir söyləmək olar. Yəni rükudan və səcdədən qalxa-qalxa təkbir demək cəfəri məzhəbində bəyənilmir. İnsan rükudan qalxıb tam dikəlməli, aram halda təkbir deməli, sonra səcdəyə getməlidir. Eləcə də, birinci səcdədən qalxıb diz üstə aram oturmuş halda təkbir söyləməli, sonra ikinci səcdəyə getməlidir. Hər bir halda, namazın başlanğıc təkbirindən (təkbirətül-ehram) başqa bütün təkbirlər vacib yox, müstəhəbdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər