Namazın səcdəsindən qalxarkən əvvəlcə dizləri qaldırmaq yoxsa ovucları yerdən götürmək lazımdır? |
Müəllif: Admin | Bölmə: Slide, Sual-Cavab | Vaxt: 23-12-2015, 13:52 | Şərh sayı: (0) | Baxılıb: 400
Namazın səcdəsindən qalxarkən əvvəlcə dizləri qaldırmaq yoxsa ovucları yerdən götürmək lazımdır?
Bu, namazın vacib hökmlərinə aid deyil və bu mövzuda olan hökmlər tövsiyə xarakterlidir. Yaxşı olar ki, kişilər səcdəyə gedərkən əvvəlcə ovuclarını, sonra dizlərini yerə qoysunlar. Əksinə, səcdədən qalxanda isə əvvəlcə dizlərini, daha sonra ovuclarını yerdən götürsünlər. Hətta bəzi mənbələrdə hədis var ki, səcdəyə gedəndə özünüzü dəvəyə bənzətməyin. Məlumdur ki, dəvə çökmək istəyəndə əvvəlcə qabaq ayaqlarını dizdən qatlayıb yerə qoyur, sonra bütün vücudu ilə çökür. Hər bir halda, deyilənlər vacib yox, müstəhəbdir. Qeyd edək ki, bu tövsiyələr kişilərə aiddir. Qadınların ümumiyyətlə namaz zamanı sərt hərəkət etmələri və bədənlərini sərbəst tutmaları bəyənilmir. Məsələn, kişilərdən fərqli olaraq qadınlar səcdədə qollarını bədənlərinə yapışdırsalar, dirsəklərini yerə dirəsələr, bədən üzvlərini bir-birinə sıxsalar daha yaxşıdır. Eləcə də, cəsdəyə gedəndə qadının əvvəlcə dizlərini, daha sonra ovuclarını yerə qoyması bəyənilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər