RSS
 

Login:
Şifrə:
» » Başqa dinlərin xilaskarın zühuruna baxışı

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Başqa dinlərin xilaskarın zühuruna baxışı

 
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 22-07-2016, 16:11 | Şərh sayı: (0) | Baxılıb: 429

Başqa dinlərin xilaskarın zühuruna baxışı


Başqa dinlərin xilaskarın zühuruna baxışıSual: 59. Digər dinlər və millətlər xilaskarın zühuruna inanırmı?
Cavab: Xilaskarın zühuruna etiqad reallıq, ədalətin davamı, fitri bir həqiqət olduğundan bütün millətlərdə və dinlərdə belə bir inanc mövcuddur.
Məhəmməd Əmin Zeynəddin deyir: "Cəmiyyətin islahına etiqad bəşər tarixi boyu düşüncələrdə yer tapmışdır. Bu inanc təkcə İslama aid deyil. Hələ islamdan öncə səmavi dinlərdə bu məsələyə toxunulmuşdur. Hətta xilaskarın xüsusiyyətləri və onun görəcəyi işlər haqqında açıqlamalar verilmişdir. Onlar xilaskarı "Mehdi”, onun islahçı dəvətini "Məhdəviyyət” adlandırmasalar da, belə bir əqidə mövcuddur. Bu əqidə hətta zərdüştilikdə və brahmançılıqda da nəzərə çarpır...”
Səmavi və qeyri-səmavi dinlərdə belə inanclarla rastlaşırıq:
1. Yəhudilər Üzeyrin və ya Minhas ibn Azir ibn Harunun qayıdışına inanırlar;
2. Məsihilər İsanın qayıdışını gözləyirlər;
3. Zərdüştilər Bəhram şahın qayıdacağı ümidindədirlər;
4. Hindular Fişnovanın qayıdışını gözləyirlər;
5. Məcusilər Uşidrin qayıdacağına inanırlar;
6. Buddistlər Buddanın zühuru intizarındadırlar...
Sual: 60. Zühur gününün təsviri nə vaxtdan mövcuddur?
Cavab: Zühur gününün təsviri yaranışın başlanğıcından verilmişdir. Çünki bu gün o, yaranışın əsas hədəfidir. Bu məsələnin aydınlaşması üçün bəzi nöqtәləri nəzərdən keçirək:
1. Ümumdünya ədalət hökumətinin qurulması üçün iki ödənməlidir: geniş mənada ədalət məfhumu ilə tanışlıq və yer üzündə ədalətin bərpası yolunda fədakarlığa hazırlıq. Yaranışın başlanğıcından bəşəriyyətdə bu iki şәrt xüsusiyyət olmamışdır. Peyğəmbərlərə bəşəriyyətdə məhz bu iki xüsusiyyəti tərbiyə etmək tapşırılmışdır. Peyğəmbərlər ədalətin tanıtdırılması məsələsində müvəfəqiyyətə çatsalar da, tarix boyu insanlarda zəruri fədakarlıq hissini tərbiyə edə bilməmişlər. İkinci şərtin ödənməməsi peyğəmbərlərin yox, xalqın təqsiridir.
2. Peyğəmbərlər tarix boyu xalqın nəzərinə çatdırmışlar ki, yaranışın əsas məqsədi həmin ümumdünya ədalət hökumətinin qurulmasıdır. Allah-təala buyurur: "Zikrdən (Tövratdan) sonra Zəburda yazdıq ki, saleh bəndələrin yer üzünə (hakimiyyətə) varis olacaqlar.”(Ənbiya”, 105.)
Digər bir ayədə oxuyuruq: "Biz yer üzünün müstəzəflərinə minnət qoyub, onları yer üzünün rəhbərləri və varisləri qərar vermək istəyirik.”("Qəsəs”, 5.)
Başqa bir ayədə buyurulur: "O, müşriklər xoşlamasalar da, öz peyğəmbərini bütün dinlərə qalib etmək üçün hidayət və haqq dinlə göndərən kəsdir.”("Saf”, 9.)
3. Heç bir peyğəmbərin ümumdünya ədalət hökuməti qurmaq üçün şəraiti olmamışdır. Çünki belə bir hökumətin qurulması üçün zəruri olan iki şərt ödənməmişdir:
a) Peyğəmbərlər ədalət məfhumunun geniş mənasını xalqa aydınlaşdırsalar da, bəşəriyyətin belə bir həqiqəti dərk etmək üçün ağıl gücü olmamışdır. Ona görə də keçmiş peyğəmbərlərin məqsədi xalqın əqidəsini möhkəmləndirmək olmuşdur. Həzrət Musadan İslam peyğəmbərinin besətinədək olan dövrdə, xüsusi ilə İslam hökumətində bu məsələ ətraflı şəkildə bəyan olunmuşdur.
b) Hazırkı dövrədək heç bir ümmətdə ümumdünya ədalət hökuməti yolunda tam fədakarlıq göstərmək hazırlığı olmamışdır. Həzrət Nuh 950-il öz qövmünü haqq-ədalətə dəvət etdi. Amma yalnız kiçik bir qrup ona iman gətirdi. Həzrət İbrahimin dəvətini qəbul etmək əvəzinə insanlar onu oda atdılar. Həzrət Musanın qövmü onun Fələstin hakimləri ilə mübarizəyə çağırışını rədd edib dedilər: "Sən və sənin Allahın onlarla savaşsın, biz burada oturmuşuq.”(Maidə”, 24.)
Həzrət İsanın həvariləri Allahın qüdrətinə şəkk etdilər. Onlar İsaya xitabən dedilər: "Ey İsa ibn Məryəm! Allahında bizim üçün səmadan nazil etmək qüdrəti varmı?”(Maidə”, 112.)
Nəticə: Yaranışın ilk günündən zühur günü haqqında yetərincə məlumat verilsə də, hələ ki, bu məqsədin gerçəkləşməsi üçün şərait yaranmamışdır.
Sual: 61. Hindu ayinlərində xilaskar kimdir?
Cavab: Hinduların müqəddəs kitablarında da xilaskarın zühuru haqqında müjdələr var. Bu kitablarda deyilir: "Dördüncü dövrün axırlarında yer əhli fəsada çəkilər və onların əksəri kafir olar. Onlar böyük günahlar edərlər və hakimləri alçaq bir şəxs olar. Həmin dövrün insanları bir-birini yırtan canavara bənzəyər. Kahinlər və din adamları yolunu azar, haqq oğruların əlinə düşər, təqvalı və zahid insanlar alçaldılar... Həmin vaxt "Brəhman Kəla”, yəni şücaətli bir dindar zühur edər və öz iti qılıncı ilə yer üzündə fəsadın kökünü kəsər. O pak insanları hifz edəcək.”("Malil Hind”, s. 321.)
Şakomuni kitabında deyilir: "Dünya hakimiyyəti aləmin yaranmışlarının ağası nəslindən olan böyük "Kəşnin” əlinə keçəcək. O şərq və qərb dağlarına hakim olacaq. Bütün ilahi dinlər bir dinlə əvəz olacaq. Adı Qaim olan bu şəxs Allahın dinini canlandıracaq.”("Bəşarətul-əhdeyn”,s. 242)
Hindu kitablarından olan Vişn-cok kitabında yazılır: "Dünyanın sonunda hakimiyyət Allahı sevən və Onun xalis bəndələrindən olan bir şəxsin əlinə keçəcək. Onun adı Xoşbəxtdir.”(Həmin mənbə, s. 72.)
Hindu kitablarından olan "Bask” kitabında yazılır: "Dünya həyatı adi bir şəxsin hakimiyyəti ilə tamamlanacaq. O, mələklərin, cin və insanların rəhbəridir. Haqq onunladır. O, suya, quruya, dağlara hakim olacaq. Göylərdə və yerdə olandan xəbər verəcək. Ondan böyüyü dünyaya gəlməmişdir.”("Bəşarəte-zühur”, s. 18.)
"Upanişad” kitabında deyilir: "O, dünyanın axırlarında zühur edər. Ağ ata süvar olar, əlində yalın qılınc tutar. Quyruqlu ulduz tək işıq saçar. Bütün rəzil insanları həlak edər, yeni bir həyat qurar. Paklığı yer üzünə qaytarar.”("Upanişad”, s. 737.)
Sual: 62. Buddizm kimi xilaskar sayır?
Cavab: Buddizmin banisi Budda adı ilə tanınan Sidharta Cutuma adlı bir şəxsdir. O, Nepalda dünyaya gəlmişdir. Buddistlər onu Allahın oğlu sayırlar və inanırlar ki, dünyanın axırlarında bu şəxs zühur edəcək. Budda zühur edib yer üzündəki çətinliklərə son qoymalıdır. Onlar deyirlər: "Budda vəzifəsini başa vurmaq üçün cəsədi ilə birlikdə səmaya qalxmışdır. Növbəti dəfə yerə qayıdar ki, sülh və bərəkəti xalqa qaytarsın.
Buddizmin iki böyük məzhəbi var: ifrata varıb Buddanı Allahın oğlu sayan şimal məzhəbi; bir o qədər də ifrata varmamış cənub məzhəbi. Onlar əsasən şərqi Asiya məntəqəsində məskunlaşmışlar.
Sual: 63. Zərdüştilər kimi xilaskar sayır?
Cavab: Zərdüştilərin "Zənd” adlı məşhur kitabında Yəzdan və Əhrimənin (haqla batilin) əbədi savaşından danışıldıqdan sonra deyilir: "Nəhayət, Yəzdan qələbə çaldıqdan və Əhrimənin nəsli kəsildikdən sonra yer üzündə əsl xoşbəxtlik bərqərar olar. Adəm övladları xoşbəxtlik və bərəkətə çatarlar.”("Bəşarətul-əhdeyn”, s. 237, 238.)
"Camasibnamə” kitabında zərdüştilər haqqında deyilir: "Haşimilər nəslindən cüssəli bir şəxs zühur edər, cəddinin dini və böyük bir qoşunla İrana üz tutar. Yer üzünü abadlaşdırıb, ədaləti bərpa edər.”("Bəşarətul-əhdeyn”, s. 243, 244.)
Həmin kitabda İslam peyğəmbərinin (s) nübüvvəti müjdə verildikdən sonra deyilir: "Peyğəmbər qızının nəslindən bir şəxs xilafətə çatar, yer üzündə haqqı bərpa edər. O, İslam peyğəmbərinin (s) yer üzündəki son xəlifəsidir və onun hakimiyyəti qiyamət gününədək davam edər...”("Bəşarətul-əhdeyn”, s. 273.)
Avestanın şərhi olan "Zənde-Bəhmən” kitabında zərdüştün dilindən belə nəql olunur: "Suşyansın zühurundan öncə yer üzünü yalan, dinsizlik, açıq-saçıqlıq bürüyər. İnsanlar Allahdan uzaq düşüb zülm və fəsada uğrayarlar. Bu dəyişikliklər dünyanı qarışdırar və xilaskarın zühuru üçün şərait yaranar. Zühur zamanının əlamətləri var: Səmada qəribə hadisə baş verər və bu hadisə zühur nişanəsidir. Mələklər onun izni ilə dünyanı xəbərdar etmək üçün göndərilər...”("Camasibnamə”, s. 25.)
Yenə də "Zənde Bəhmən Yəsən” kitabında oxuyuruq: "Bundan sonra Suşyans” dünyanı paklayar və sonra qiyamət qopar.”("Zənde Bəhmən Yəsən”, s. 19.)
Həmin kitabda deyilir: "Suşyans sonuncu gələn kəsdir və Zərdüşti xilas edər.”(Həmin mənbə, s. 150)
Sual: 64. Yəhudilər kimi xilaskar sayır?
Cavab: Yəhudilərin müqəddəs kitabını araşdırdıqda məlum olur ki, bu kitablarda böyük vədlə bağlı işarələr vardır. Əksər Yəhudi kitablarında, o cümlədən Davudun Zəburunda uyğun məlumatlarla rastlaşırıq.
Qurani-Kərimdə buyurulur: "Həqiqətən, zikrdən (Tövratdan) sonra Zəburda yazdıq ki, yer üzünə saleh bəndəlәrim varis olacaq.”(Ənbiya”, 105.)
Davudun Zəburunda oxuyuruq: "Pərvərdigarə! Öz hakimiyyətini bərpa et, ədalətini Məlik övladına əta buyur ki, xalqla yaxşı mühakimə aparsın, əldən düşənlərə insaf etsin... Bütün padşahlar ona müti olub, bütün millətlər xidmətində durar...”("Əhde-qədim”, n. 72.)
Sual: 65. Nə üçün həzrət Məsih (xilaskar) bu vaxtadək sağdır?
Cavab: Həzrət Məsihin bu günədək sağ qalmasının ağlımız dərk edən bir sıra səbəbləri var:
1. Həzrət İsada başqa peyğəmbərlərdə olmayan bir xüsusiyyət var. Atasız dünyaya gəlməsi, ölüləri diriltməsi, səmaya qalxması onu fərqləndirən səciyyələrdir.
2. Onun diriliyi imam Mehdinin (ə) qeybə çəkilməsini mümkün edən dəlillərdəndir. Çünki həzrət Məsihin yaşı iki min ili aşdığı halda hələ ki, həzrət Mehdi (ə) bu qədər yaşamamışdır. Həzrət Xızırın ömrünün uzunluğu da rəvayətlərdə belə izah olunur.
Şeyx Səduq "Kəmalud-din” kitabında İmam Sadiqin (ə) dilindən belə nəql edir: "Bəli, Allah həzrət Qaim (Mehdi (ə)) üçün uzun bir ömür müəyyənləşdirəndə bilirdi ki, bu həqiqət bəndələri tərəfindən inkar olunacaq. Ona görə də, Qaimin (ə) ömrünün uzunluğuna dəlil olsun deyə, saleh bəndəsinin ömrünü uzatdı...”("Kəmalud-din”, s. 357.)
Sual: 66. Ümumdünya ədalət hökumətinin təşkilində həzrət Məsihin iştirakının səbəbi nədir?
Cavab: Həzrət Məsihin həzrət Mehdinin (ə) təşkil edəcəyi hökumətdə iştirakının bir sıra səbəbləri var:
1. Məsihilər (xristianlar) dünya əhalisinin böyük bir hissəsini təşkil edir. Ona görə də həzrət Məsihin səmadan nazil olması və həzrət Mehdiyə (ə) iqtida etməsi bütün məsihilərin həzrət Mehdiyə (ə) təslim olması ilə nəticələnəcək.
2. Həzrət Məsihin bu hökumətin təşkilində iştirakı və bütün məsihilərin həzrət Mehdiyə (ə) tabe olması ilə ədalət qiyamı daha tez və asan qələbə qazanacaq. Məsihilər həzrət Mehdiyə (ə) iman gətirdiyindən yer üzünün böyük bir hissəsində qan tökülmədən ədalət bərqərar olacaq.
Sual: 67. Həzrət İsa yerə qayıdacaqmı?
Cavab: Quran və İncilin buyuruqlarına əsasən səmaya qalxmış həzrət İsa tarixin sonunda yerə enəcək.
Yuhanna İncilində deyilir: "Sizə deyirəm eşidin: Mən gedirəm və yenidən sizə doğru qayıdacağam.("Əhdi-cədid”, Yuhanna İncili, s. 339.)
Quranda da həzrət İsanın qayıdışına işarə olunmuşdur:
1. "O (İsa) beşikdə və qoca vaxtında xalqla danışar.”("Ali-İmran”, 46.)
Bildiyimiz kimi, həzrət İsa göyə qalxdığı vaxt onun 30 yaşı vardı. Onun qoca yaşında xalqla danışması səmadan enəcəyinə işarədir.
2. "Bütün məsihilər ölümündən qabaq ona (məsihə) iman gətirər və qiyamət günü (İsa) onlara şahid olar.”(Nisa”, 159.)
Ayədəki "bihi” və "məvtihi” əvəzlikləri həzrət İsaya işarədir. Ayədən aydın olur ki, həzrət İsa dünyanın axırlarında səmadan nazil olacaq və xalq ona iman gətirəcək.("Səhihe-buxari”, c. 4, s. 143.)
3. Həqiqətən, İsa qiyamət üçün aşkar bir əlamətdir. Ona şəkk etməyin.”("Zuxruf”, 61.)
Şiə və sünni rəvayətlərində də həzrət İsanın qaydışına işarə olunmuşdur:
Buxari həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: "İmam aranızda olduğu halda Məryəm övladı yanınıza enən zaman nə edəcəksiniz?!”("Səhihe-Buxari”, c. 4, s. 143.)
Şeyx Səduq Məhəmməd ibn Müslim Səqəfiyə istinad edərək imam Baqirin (ə) dilindən belə nəql edir: "Qaim (xilaskar) bizdəndir... İsa ibn Məryəm enib onun arxasında namaza duracaq”.(Kəmalud-din”, 331.)
Sual: 68. Həzrət İsa haraya enəcək?
Cavab: Rəvayətlərdən məlum olur ki, həzrət İsa dünyanın axırlarında Dəməşq ərazisinə enəcək.
Təbərani həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: "İsa ibn Məryəm Dəməşqdə bəyaz minarənin kənarında enəcək.”("Əl-Məcəmul-Kəbir”,c. 1, s. 217)
İbn-Kəsir deyir: "Dəccal (zalım hakim) meydana çıxar və həmin vaxt həzrət Məsih səmadan enər. O sübh namazı vaxtı Dəməşqdə bəyaz minarənin kənarında nazil olar.”("Əl-fətn vəl-məlahim”, s. 172.)
Sual: 69. Məsihilər kimi xilaskar sayır?
Cavab: Həzrət İsa xalqa müjdə vermək üçün gəlmişdi. "İncil” yunan sözüdür və "xoş xəbər” mənasını bildirir. Bu müjdə ilahi bir qiyamdan, başqa sözlə, yer üzünə hakim olacaq tövhid hökumətindən danışırdı.
Müqəddəs kitabda oxuyuruq: "Bütün şəhərləri ilahi hökumətlə müjdələmək mənə vacibdir və mən bundan ötrü göndərilmişəm.”("Əhdi-Cədid”, s. 205.)
Mətta İncilində deyir: "Həzrət İsa bütün şəhərləri və kəndləri gəzirdi və xalqa təlim verir, onları müjdələyirdi.”("Mətta İncili”, 9:62:35.)
Həzrət Məsihin kəlamlarında "insan övladı” təbiri tez-tez gözə dəyir. Mətta İncilində deyilir: "Burada olanların arasında elələri var ki, göyə çəkilən insan övladını görməyincə ölümü dadmazlar.”("Əhde-Cədid”, "Mətta İncili”, s. 82-84.)
Kitabın başqa bir yerində deyilir: "Günəş şərqdən doğub hər yeri işıqlandırır. İnsan övladının gəlişi də belədir.”(Həmin mənbə, s. 104.)
Eyni mənbədə oxuyuruq: "Hazır olun, onu gözləmədiyiniz saatda insan övladı gələcək.”(Həmin mənbə, 24:105:44.)
"İnsan övladı” dedikdə nə nəzərdə tutulur? (Məsihilər bu ifadəni Həzrət Məsihə aid etmək istəyir. Amma bütün dəlillər uyğun təbirin həzrət Məsihə yox, həzrət Mehdiyә (ə) aid olduğunu göstərir:
a) Yuhәnna İncilində həzrət Məsihin dili ilə deyilir: "Mən əzəmət tələbində deyiləm. Onu tələb edən və hökm verəcək kəs var.”("Həmin mənbə, "Yuhanna İncili”, s. 317.)
b) Mətta İncilində deyilənlərdən aydın olur ki, "insan övladı” Məsih deyil. Həmin şəxs dünyanın axırlarında zühur edəcək və İsa ibn Məryəm ona tabe olacaq.
Sual: 70. İncil kitablarında xilaskarın nə vaxt zühur edəcəyi bildirilirmi?
Cavab: İncil kitablarından belə görünür ki, ümumdünya ədalət hökuməti yer üzündə dünyanın axırlarında qurulacaq.
Həzrət İsa bu hökumətin qurulması üçün müqəddimə haqqında deyir: "Tezliklə müharibələr və şayiələr haqqında eşidərsiniz. Məbada şikayətlənəsiniz. Çünki bu hadisələr qətidir, amma dünyanın sonunu bildirmir.”(Mətta İncili”; 102.)
Eyni mənbədə oxuyuruq: "Sonadək qalacaq kəs xilas olar.”("Həmin mənbə, 24:103:13.) Deyilənlər həzrət Peyğəmbərdən (s) nəql olunmuş rəvayətə uyğundur və həzrət Mehdinin (ə) dünyanın axırlarında zühur edəcəyinə işarədir.”(Əl-Ğeybət”, Tusi, s. 178»)
Sual: 71. Həzrət Mehdinin (ə) hakimiyyəti genişdirmi?
Cavab: "Əhde-Cədid” kitabından məlum olur ki, insan övladı üçün "Allahın ərşi” kimi təbir olunan həzrət Mehdinin hakimiyyəti bütün yer üzünü bürüyəcək. Luqa İncilində deyilir: "Gələcəkdə şərq və qərbdən, şimal və cənubdan insanlar gəlib Allahın ərşində süfrə başına oturacaq.”(Luqa İncili 13:242:29.) Merqis İncilində deyilir: "Bundan öncə bütün aləmə müjdə verilməsi vacibdir.”(Merqis İncili” 13:166:10.)
İslami rəvayətlərdə də bu mövzuya işarə olunmuşdur. İmam Baqir (ə) buyurur: "Qaim bizdəndir, onun hökuməti şərqdən qərbə aləmi əhatə edəcək.”("Kəmalud-din”, s. 330.)
Əbu-Davud həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: "Allah onun (Mehdinin) dövründə müsəlmanlardan savay bütün millətləri məhv edəcək.”("Sünəne-Əbu-Davud”, c. 2, s. 319.)
Sual: 72. İncil kitablarında xilaskarın yardımçıları necə tanıtdırılır?
Cavab: Məsihilərin incil kitablarında bəşəriyyətin xilaskarın yardımçılarını tanımaq üçün bəzi xüsusiyyətlər bəyan olunur:
1. İtaət – Merqis İncilində deyilir: "Hər kəs bir körpə kimi Allahın ərşini qəbul etməsə, oraya daxil olmayacaq.” Uşaq kimi dedikdə mütləq itaət nəzərdə tutulmuşdur.
2. Hökmlərə əməl – Mətta İncilində deyilir: "Hər "ya Rəbb, ya Rəbb” deyən Allahın ərşinə daxil olmayacaq. Yalnız Allahın istəyinə əməl edənlər səmalardadır.”
3. Yoxsulluq – Luqa İncilində deyilir: "Xoş olsun halınıza, ey fəqirlər! Sizin üçündür Allahın ərşi. Xoş olsun halınıza, ey aclar! Gələcəkdə tox olacaqsınız. Xoş olsun halınıza, ey ağlayanlar! Çünki gələcəkdə güləcəksiniz.” Səma mülkü (ərşi) dedikdə zühur dövrünün nəzərdə tutulması lazımdır.”
Sual: 73. İncil kitablarında xilaskarın əlamətlərinə işarə olunmuşdurmu?
Cavab: Mətta İncilində deyilir: "İsa zeytun bağında əyləşdiyi vaxt şagirdləri onun yanına gəlib sual verdilər: "Bu hadisə nə vaxt baş verəcək, sənin gəlişinin və dünyanın sonunun əlamətləri nədir?” Suala cavab olaraq deyilir: "Tezliklə savaşların xəbərini eşidərsiniz. Məbada, şikayətlənəsiniz. Çünki bu hadisələr qətidir.”("Mətta İncili”, 24:102:6.)
Başqa bir yerdə deyilir: "İnsan övladı əzəmətə çatdıqda, mələklərin ona yoldaşlıq etdiyi halda ərşə oturar və bütün ümmətlər onun yanında toplanar...”("Mətta İncili”.)
Luqa İncilində deyilir: "Fərisiyyun ondan soruşdu: Allahın ərşi nə zaman gələr?” O cavab olaraq buyurdu: "Allahın ərşi qəfildən gələr.”("Luqa İncili”, 17:252:20.)
Eyni mənbədə oxuyuruq: "Müharibələr və fitnələr haqqında eşitdikdə şikayətlənməyin. Çünki öncə bu işlər baş verməlidir. Amma bu hələ dünyanın sonu deyil.” Sonra buyurdu: "Tezliklə ümmət ümmətə, məmləkət məmləkətə qiyam qaldırar. Şiddətli zəlzələlər, aclıqlar və qəhətliklər çox yeri əhatə edər. Tezliklə dəhşətli işlər və böyük nişanələr görünər.”(Həmin mənbə.)



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor