Cənabətli şəxsin məniyə bulaşmayan paltarları pak sayılırmı? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 30-06-2016, 14:59 | Şərh sayı: (0) | Baxılıb: 618
Cənabətli şəxsin məniyə bulaşmayan paltarları pak sayılırmı?
Sual: Cənabətli şəxsin məniyə bulaşmayan paltarları pak sayılırmı? Cənabət qüslü aldıqdan sonra yenə həmin paltarları geyinə bilərmi?
Cavab: Müasir müctəhidlərin rəyinə görə, əgər cənabətli şəxsin paltarı məniyə bulaşmayıbsa, pak sayılır və qüsl aldıqdan sonra elə həmin paltarları geyinib namaz qılmaq da olar. Amma keçmiş müctəhidlərin bir çoxunun rəyinə görə, haramdan cünub olmuş şəxsin təri bədəndə və paltarda qalarsa, namaz qılmaq olmaz. Haramdan cünub olmaq deyərkən, şəriətin icazə vermədiyi vaxt və şəraitlərdə insanın qəsdən özünü cənabətli etməsi nəzərdə tutulur (məsələn, Ramazan ayının gündüzündə və ya heyz halında qadınla yaxınlıq etmək, istimna etmək). Hətta keçmiş müctəhidlərin bir qismi, haramdan cünub olmuş şəxs qüsl alarkən tərləməsin deyə, isti su ilə yox, ilıq su ilə qüsl almağı məsləhət bilirdilər. Lakin müasir müctəhidlərin fətvalarına görə, haramdan cünub olmuş şəxsin təri də pakdır, bu tərin hopduğu bədən və paltarla namaz qılmaq da icazəlidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər