Xümsü verilməmiş yerdə namaz qılmaq |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 6-10-2015, 11:09 | Şərh sayı: (0) | Baxılıb: 551
Xümsü verilməmiş yerdə namaz qılmaq
Sual 131: Şəxsi sərmayə olan və xümsü verilməyən yerdə namaz qılmağın hökmü nədir?
(Təbrizi və Sistanidən başqa) Bütün müctəhidlərin rə`yi: Qəsb hökmündədir və bu yerdə qılınan namaz batildir. Amma şər`i hakim icazə versə olar.
Təbrizi və Sistani: Yerin sahibinin namazı batildir. Lakin başqalarının namazı düzgündür.
Xümsü verməyən ölünün əmlakı
Sual 132: Atam dünyadan gedib. Onun əmlakının xümsünü vermədiyini bilirəm. Mənim vəzifəm nədir?
(Vəhid, Təbrizi və Sistanidən başqa) Bütün müctəhidlərin rə`yi: Onun xümsünü verməlisiniz. Lakin ölmüş şəxsin xüms verməyə əqidəsi olmasa (qeyri şiə məzhəb və dinlərin ardıcılları kimi) bu işə ehtiyac yoxdur.
Təbrizi: Onun xümsünü vermək vacib deyil.
Sistani: Onun xümsünü verməlidir. Amma ölmüş şəxsin xüms verməyə əqidəsi olmayıbsa (qeyri şiə məzhəb və dinlərin ardıcılları kimi) və ya xüms vermirmişsə (bə`zi şiələr kimi) onun əmlakının xümsünü vermək vacib deyil.
Vəhid: Onun xümsünü şər`i hakimin icazəsi ilə verməlisiniz. Amma ölmüş şəxsin xüms verməyə əqidəsi olmayıbsa (qeyri şiə məzhəb və dinlərin ardıcılları kimi) onun xümsünü vermək vacib deyil.
Ölmüş şəxsin evində namaz qılmaq
Sual 133: Xüms borcu olan ölmüş şəxsin evində namaz qılmaq olarmı?
İmam (r) və Fazil: Bu evdən istifadə etmək haram və bu evdə qılınan namaz batildir. Amma onun borcunu versələr və ya səhlənkarlıq etmədən vermək fikirləri olsa evdən istifadə etməyə və burada namaz qılmağa icazə verilir.
Nuri və Safi: Bu evdən istifadə etmək haram və burada qılınan namaz batildir. Amma onun borcunu versələr və ya borcu verməyə zamin dursalar (elə bir şəkildə ki, ölmüş şəxsin boynundan götürülsün) evdən istifadə etmək və orada namaz qılmağa icazə verilir.
Təbrizi: Bu evdən istifadə etmək haram və orada qılınan namaz batildir. Amma onun borcunu versələr və ya borcu verməyə zamin dursalar evdən istifadə etmək və orada namaz qılmaq olar.
Sistani: Vərəsəsinin icazəsi ilə bu evdən qılınan namaz səhihdir.
Məkarim: Bu yerdən istifadə etmək haram və orada qılınan namaz batildir. Lakin onun borcunu versələr evdən istifadə etmək və orada namaz qılmaq olar.
Vəhid: Əgər mərhumun malının miqdarı onun verəcəyi xümsün miqdarından çox olmasa onun evindən istifadə etmək və orada namaz qılmaq batildir. Yalnız xüms borcu ödəndikdən və ödənişlə bağlı öhdəçiliyi şər`i hakim qəbul etdikdən sonra mümkün olar. Bu halda varisin icazəsi ilə maldan sərf etmək və evdən namaz qılmağın eybi yoxdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər