Vaxtında qılınan Namaz |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 14-12-2014, 19:43 | Şərh sayı: (1) | Baxılıb: 2437
Vaxtında qılınan Namaz
Sizlərə Qarabağ müharibəsinin qizğin vaxtinda olmuş bir hadisəni danişmaq istəyirəm. Bu hadisəni danişan qardaş özü Qarabağ əlilidir. Qardaş deyir ki, "çox soyuq idi. Atışma bir az dayanmışdı. Şaxtalı hava olduğuna görə uşaqlarla birgə səngərdən aşağı düşüb bir ocaq qalayıb qızınmaq fikrinə düşdük. Hərəmiz bir az çör-çöp topladiq və yandırdıq. Bir az qızınmışdım, yadıma düşdü ki, İşə namazını qılmamışam, vaxtı da yenicə girib. İstilik canıma hələ tam keçməmişdi, amma düşündüm ki, nə olursa olsun namazı gecikdirmiyim. Uşaqlardan təxminən 50 metr ayrıldım, su olmadığı üçün torpaqla təyəmmüm edib namaza başladım. Uşaqlar ocağın ətrafında qaldılar. Məndən başqa namaz qılan yox idi aralarında. Ele birinci səcdəyə getmişdim ki, şiddətli bir partlayış eşitdim. Tonqal etrafındakı əsgər yoldaşlarımın bəzilərinin bədən üzvləri, (əlləri qolları) üstümə, ətrafıma töküldü. Başımı qaldırdım. Hamısı həlak olmuşdular. Allah hamısına rəhmət etsin! Düşmən, minamyotu tonqalın üstünə hədəf almışdı, çünki gecə vaxtı binokl vasitəsi ilə yalnız alov və ya işıq olan yerlər görünür. Qardaş deyir ki, "mənim bədənimə də bir-iki xırda oskol girmişdi, amma həyəcandan ağrı hiss etmirdim. Bundan sonra Qarabağ əlili oldum. Subhanallah, əgər namazımı 5 dəqiqə gecikdirsəydim mən də parça-parça olardım.
Allah dərgahında ən gözəl əməl, vaxtında qılınan Namazdır. Hər bir yaxşılıqdan da, milyonlarla sədəqədən də gözəl əməldir vaxtında qılınan Namaz.
Allah namazlarımızı ibadətlərimizi qəbul buyursun inşəAllah! Və namaz qilmağa ərinən, təmbəllik əden, bəhanə tapan bacı və qardaşlara da Allah hidayət, səbr və davamlı iradə versin inşəAllah.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər