Namazın müxtəlif vaxtlarda qılınmasının fəlsəfəsi |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 1-06-2015, 02:15 | Şərh sayı: (0) | Baxılıb: 647
Namazın müxtəlif vaxtlarda qılınmasının fəlsəfəsi
Sual: Nə üçün gündəlik beş vacib namazı birdəfəyə ardıcıl qılmaq olmaz?
Cavab: Namazın əsl hədəfi zikrdir və zikr günahların tərk olunması, həmçinin ibadi əməllərin yerinə yetirilməsi ilə bağlıdır. Bu cəhətdən də vacib namazlar üçün günün müxtəlif vaxtları təyin edilmişdir ki, beş vaxtda Allahı yad etməklə dünyaya və həvayi-nəfsimizə bağlılıqdan nicat tapaq.
Sübh çağı yuxudan oyanıb namaz vasitəsilə bizi Yaradanı yad edirik. Sonra dünyəvi işlərə başımız qarışır. Get-gedə qəlbimiz Allahı yad etməkdən uzaqlaşır, şeytan və nəfsi istəklər bizə üz tutur.
Günorta vaxtı çatdıqda mömin yenidən namaz vasitəsilə qəlbə daxil olmuş həvayi-həvəsi və şeytanın torlarını parçalayır, onları qəlbindən çölə atır və qəlbini Allaha ev qərar verir. Şair demişkən:
Könül əğyarların lat yeri deyil,
Div çıxsa, mələklər gələsidir bil.
Bəli, möminin qəlbi Allah zikrindən xali olduğu zaman şeytan fürsətdən istifadə edib dərhal oraya daxil olur. Lakin Allahı yad edən kimi şeytan sürətlə qəlbdən xaric olur.
Elə ki, günün axırı və istirahət vaxtı yetişir, məğrib namazını qılmaqla yenidən Allahı zikr edib günahlarımızın bağışlanmasını istəryirik.
Axırda isə gün ərzindəki əməllərimizi mühasibə etməklə işa namazını qılıb, yorğunluğumuzu aradan qaldıran, bizə aramlıq gətirən "yuxu” nemətindən bəhrələnirik.
Həzrət Əli (ələyhissalam) buyurur:
"Qiyamət günü hesab çəkilməzdən qabaq özünüzlə bu dünyada ikən mühasibə aparın!”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər