Gözün zəifsə... |
Müəllif: Eli Aşiqi | Bölmə: Dualar | Vaxt: 7-07-2015, 23:58 | Şərh sayı: (0) | Baxılıb: 3247
Gözün zəifsə...
İmam Baqirin (ə) bele buyurduğu nqəl edilir: Peyğəmbərin (s) həyatı dövründə Əhli-beytdən (ə) kimin gözü zəifləsəydi Peyğəmbər (s) ona belə dua edərdi: "Pərvərdigara! Məni sevindir, eşitmə və görmədən bəhrələndir, onları varislərim üçün qərar ver, mənə zülm edənə qarşı yardımçı ol, qələbəyə çatdır.
Göz üçün dərman...
Həzrət Əlinin (ə) belə buyurduğu nəql edilir: Bir gün Salman Farsi və Əbuzər Ğəffari göz ağrısından əziyyət çəkirdi. Peyğəmbər (s) onları yoxlamağa getdi. Həzrət (s) buyurdu: Allah sizə şəfa verənə qədər sol tərəf üstə yatmayın, xurma yeməyin.
Yuxuda qorxuya qarşı...
İmam Baqir (ə) buyrur: Yuxuda qorxan adam yatağa girəndə Fələq, Nas surələrini, ayətəl-kürsini oxusun... Peyğəmbər yatmazdan öncə ayətəl-kürsi oxuyardı. Həzrət (s) buyurur: Cəbrail mənə deyib ki, bir dəstə cin yatdığın zaman səni incitmək istəyir. Daim ayətəl-kürsi oxu. Həzrət Əli (ə) buyurur: Bir gün Həzrət Peyğəmbər (ə) məni çağırıb buyurdu: Ey Əli (ə) yatağa girəndə istiğfar et, mənə salavat göndər. Belə de: "Sübhanəllahi vəlhəmdulillahi və la ilahə illəllahu vəllahu əkbər, və la həvlə və la qüvvətə illa billahil-əliyyil-əzim.” "İxlas” surəsini çox oxu, Ayətəl-kürsiyə əhəmiyyət ver, onu tərk etmə. Onun hər sözündə 1000 bərəkət və min rəhmət var.
Xəstəlik və yoxsulluğa qarşı...
İsmail ibn Əbdül-Xaliq deyir: Səhabələrdən biri bir müddət Peyğəmbərin (s) görüşünə gəlmədi. Görüşə gəldiyi zaman Peyğəmbər (s) bunun səbəbini soruşdu. Həmin şəxs yoxsulluq və xəstəliyi səbəb göstərdi. Həzrət (s)nbuyurdu ki, xəstəlik və yoxsulluğu səndən uzaqlaşdıracaq bu duanı oxu: "La həvlə və la qüvvətə illa billahi təvəkkəltu ələl-həyyilləzi la yəmut, vəlhəmdu lillahilləzi ləm yəttəxiz vəlada və lən yəkulləhu şərikun fil mulki və ləm yəkulləhu vəliyun minəzzulli və kəbbirhi təkbira” (Allahdan başqa təsirli bir qüvvə yoxdur, daim sağ olana təvəssül edirəm, ona ölümün yolu yoxdur. Sitayiş o Allah üçündür ki, özünə övlad qərar verməyib, hökmünə şərik yoxdur, ona hami olmaz, o çox böyükdür). Çox çəkmədi ki, həmin səhabə bu duanı oxuyub yoxsulluq və xəstəlikdən xilas oldu.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər