Namazın vacibatı-Təkbirətul-ehram |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 5-05-2015, 14:33 | Şərh sayı: (1) | Baxılıb: 1527
Namazın vacibatı-Təkbirətul-ehram
1) Təkbirətul-ehramın mənası və hökmü:
Təkbirətul-ehram namazın vacib əməllərindəndir və namazın başlanğıcında deyilən "Allahu Əkbər”dir.
Diqqət:
Təkbirətul-ehramı səhvən və ya qəsdən deməmək, namazın batil olmasına səbəb olur. Həmçinin əgər insan namaza başlayarkən təkbirətul-ehram niyyətilə düzgün şəkildə "Allahu Əkbər” desə və bir qədər sonra, yaxud fasiləsiz olaraq istər səhvən, istərsə də qəsdən yenidən həmin niyyətlə "Allahu Əkbər” desə, onun namazı batildir.
2) Təkbirətul-ehramın vacibatları:
1. Təkbirətul-ehramı "tələffüz etmək” lazımdır. Bu o deməkdir ki, əgər namazqılan şəxsin qulağı ağır eşitmirsə və ətrafda da səs-küy yoxdursa, özü dediyi sözü eşitməlidir.
3) Təkbirətul-ehramda şəkk
Təkbirətul-ehramda şəkk
1.İnsan şəkk etsə ki, təkbirətul-ehram deyib, yoxsa deməyib.
.Qiraətə başlayıbsa, şəkkinə etina etməməli və namazını davam etdirməlidir.
.Qiraətə başlamayıbsa, təkbirətul-ehram deməlidir
2.İnsan təkbirətul-ehramı dedikdən sonra onu düzgün tələffüz edib-etməməsi barədə şəkk etsə, şəkkinə etina etməməlidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər