Namaz zamanı fikrin dağılmaması və kənar işlərə yönəlməməsi üçün nə etmək məsləhətdir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 20-01-2016, 23:40 | Şərh sayı: (0) | Baxılıb: 526
Namaz zamanı fikrin dağılmaması və kənar işlərə yönəlməməsi üçün nə etmək məsləhətdir?
Sual: Namaz zamanı fikrin dağılmaması və kənar işlərə yönəlməməsi üçün nə etmək məsləhətdir? Namazda fikrin yayınması günahdırmı?
Cavab: Bu, hər şeydən öncə insanın imanı və psixoloji durumu ilə bağlı bir məsələdir. Çox vaxt hər hansı problemin olması insanın fikrini namazdan yayındırır. Buna görə də hər şeydən öncə həmin problemi aradan qaldırmaq lazımdır.
İnsan namazda kimin qarşısında durduğunu anlamalı, Allahın əzəmətini hiss etməli və buna uyğun özünü aparmalıdır. Namazda oxunan sözlərə, xüsusilə, Fatihə və surəyə diqqət yetirmək, onları tələffüz etdikcə tərcüməsini və mənasını düşünmək faydalıdır. İnsan bütün varlığı ilə özünü Allahın hüzurunda durmuş kimi hiss etməlidir. Namazların arasında və namazdan sonra tövsiyə edilən duaların oxunması da insanın namaza rəğbətini artırar.
Namazda fikrin yayınması namazın keyfiyyətini və savabını azaltsa da, onu batil etmir və günah sayılmır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər