Namazın vacibatı-Zikr |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 7-05-2015, 16:48 | Şərh sayı: (0) | Baxılıb: 801
Namazın vacibatı-Zikr
1) Zikr nədir?
Allah-Taalanı xatırladan hər bir ifadə "zikr” sayılır (məsələn, "Allahu Əkbər”, "Əlhəmdu lillah” və s.)
Muhəmməd və Ali Muhəmmədə (s.ə.v) salavat ən yaxşı zikrlərdən biridir.
2) Zikrin vacibatı:
1. Namazın zikrlərini tələffüz etmək lazımdır. Bu o deməkdir ki, əgər namazqılanın qulağı ağır eşitmirsə və ətrafda səs-küy yoxdursa, dediyini özü eşitməlidir.
2. Namazın vacib zikrləri ərəbcə düzgün qiraət olunmalıdır. Əgər namazqılan ərəb sözlərini düzgün tələffüz edə bilmirsə, öyrənməyi vacibdir.
3. Namazın bütün vacib və müstəhəb zikrlərini deyərkən bədən hərəkətsiz olmalıdır.
Əgər bir qədər önə və ya arxaya, yaxud sağa və ya sola hərəkət etmək istəsə, hərəkət etdiyi zaman dediyi zikri kəsməlidir.
Əlbəttə hərəkət edə-edə "mütləq zikr” niyyəti ilə - burada namazın zikrini niyyət etmir, sadəcə zikr deməyi niyyət edir – zikr deməyin maneəsi yoxdur.
Zikrə aid bir neçə şəri məsələ:
1) Əgər namazqılan səhvən rükuda səcdənin zikrini desə, maneəsi yoxdur. Lakin bilərəkdən zikrlərin yerini dəyişmək olmaz. Əlbəttə "mütləq zikr” demək niyyəti istisnadır.
2) Əgər namazqılan rüku və ya səcdəni yerinə yetirdikdən sonra başa düşsə ki, onların zikrini səhv demişdir, ona heç nə vacib olmur.
3) Səcdə və rükunun vacib zikrini dedikdən sonra həmin zikri təkrar etməyin savabı vardır və yaxşı olar ki, tək sayda deyilsin (məsələn, 3, 5, 2 sayda). Səcdədə bundan əlavə salavat demək, dünya və axirət hacətləri üçün dua etmək müstəhəbdir.
4) Rükuya getməmişdən öncə və hər səcdədən əvvəl və sonra təkbir demək müstəhəbdir. Bu təkbiri rükuya və ya səcdəyə əyilərkən, yaxud qalxarkən (yəni, hərəkət edərkən) demək olmaz. Lakin ümumiyyətlə "mütləq zikr” niyyəti ilə namazın hər bir halında, o cümlədən rüku və səcdəyə gedərkən və ya qalxarkən, hər bir zikri və eləcə də təkbir demək olar.
5) "Bihəvlilləhi və quvvətihi əqumu və əqudu” (Allahın hövl qüvvəsi ilə oturub qalxıram) zikrini növbəti rəkətə ayağa qalxarkən demək müstəhəbdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər