Quran haqqında olan ümumi məlumatlar |
Müəllif: Admin | Bölmə: Qurani-Kərim | Vaxt: 14-10-2015, 20:07 | Şərh sayı: (0) | Baxılıb: 839
Quran haqqında olan ümumi məlumatlar
Әziz Qur` an aşiqləri! Qur`an haqqında olan bə`zi ümumi məsələləri əldə etmək istədikdə aşağıdakı verilmiş sualların cavabına diqqət yetirə bilərsiz:
1) Sual: Qur`an neçə surədən ibarətdir?
Cavab: Qur`an 114 surədən təşkil tapmışdır.
2) Sual: Qur`an neçə cüz (hissə)-dən ibarətdir?
Cavab: Qur`an 30 cüzdən ibarətdir.
3) Sual: Qur`an neçə hizbdən (hissənin qismindən) təşkil tapır?
Cavab: Qur`an 120 hizbdən ibarətdir.
4) Sual: Qur`anın neçə ayəsi vardır?
Cavab: Qur`anın 6236 ayəsi vardır.
5) Sual: Qur`ani-Kərim neçə hərfdən ibarətdir?
Cavab: Qur`ani-Kərim 323671 hərfdən ibarətdir.
6) Sual: Qur`ani-Kərim neçə kəlmədən təşkil tapır?
Cavab: Qur`ani-Kərim 77807 kəlmədən təşkil tapmışdır.
7) Sual: Qur`ani-Kərimdə neçə dəfə Qur`an kəlməsi gəlmişdir?
Cavab: Qur`ani-Kərimdə 70 dəfə Qur`an kəlməsi gəlmişdir.
8) Sual: Qur`ani-Kərimdə ən böyük ədəd hansıdır?
Cavab: Qur`anda ən böyük ədəd 100000-dir ki, əs-Saffat surəsinin 147-ci ayəsində gəlmişdir. (37-ci surə)
9) Sual: Qur`anda ən çox işlədilmiş hərf hansıdır?
Cavab: Qur`anda ən çox işlədilmiş hərf əlif(أ) hərfidir.
10) Sual: Qur`anda ən az işlədilmiş hərf hansıdır?
Cavab: Qur`anda ən az işlədilmiş hərf za (ظ) hərfidir.
11) Sual: Qur`anda işarə olunmuş ən gözəl və üstün gecə hansıdır?
Cavab: Qur`anda işarə olunmuş ən gözəl və üstün gecə "Qədr” gecəsidir.
12) Sual: Qur`anda buyurulmuş ən gözəl ay hansıdır?
Cavab: Qur`anda buyurulmuş ən gözəl ay "Ramazan” ayıdır.
13) Sual: Qur`anda olan ən gözəl surə hansıdır?
Cavab: Qur`anda olan ən gözəl surə "Yasin” surəsidir. (36-cı surə).
14) Sual: Qur`anın ən böyük surəsi hansıdır?
Cavab: Qur`anın ən böyük surəsi "əl-Bəqərə” surəsidir ki, bu surə 286 ayədən ibarətdir. (2-ci surə).
15) Sual: Qur`anın ən kiçik surəsi hansıdır?
Cavab: Qur`anın ən kiçik surəsi "əl-Kovsər” surəsidir ki bu surə isə 3 ayədən təşkil tapır. (108-ci surə).
16) Sual: Qur`anda ən böyük ayə hansıdır?
Cavab: Qur`anda ən böyük ayə "əl-Bəqərə” surəsinin 282-ci ayəsidir. (2-ci surə).
17) Sual: Qur`anda ən kiçik ayə hansıdır?
Cavab: Qur`anda ən kiçik ayə (Muqəttə`ə hərflərindən əlavə) مُدْهآمَّتَانِ "Mudhammətan” ayəsidir ki, ər-Rəhman surəsinin 64-ci ayəsi hesab olunur. (55-ci surə).
18) Sual: Qur`anda ilk surə hansıdır?
Cavab: Qur`anda ilk surə "əl-Fatihə” surəsidir. (1-ci surə)
19) Sual: Qur`anın sonuncu surəsi hansıdır?
Cavab: Qur`anın sonuncu surəsi "ən-Nas” surəsidir. (114-ci surə)
20) Sual: Qur`anda ən böyük kəlmə hansıdır?
Cavab: Qur`anda ən böyük kəlmə فَأَسْقَيْناكُمُوهُ «fəəsqəynakumuhu» kəlməsidir ki bu kəlmə on bir hərfdən ibarətdir və "əl-Hicr” surəsinin 22-ci ayəsində yerləşir. (15-ci surə).
21) Sual: Qur`anın ortasında yerləşən kəlmə hansıdır?
Cavab:Qur`anın ortasında yerləşən kəlmə "əl-Kəhf” surəsinin 19-cu ayəsindəki, وَلْيَتَلَطَّفْ "vəlyətələttəf” kəlməsidir. (18-ci surə).
22) Sual: Qur`anda neçə surə "Qul” (yə`ni:de) kəlməsi ilə başlayır?
Cavab: Qur`anda 5 surə "Qul” kəlməsi ilə başlayır və onlar aşağıdakılardan ibarətdir:
1. "əl-Cinn” surəsi. (72-ci surə)
2. "əl-Kafirun” surəsi (109-cu surə)
3. "əl-İxlas” surəsi (112-ci surə)
4. "əl-Fələq” surəsi (113-ci surə)
5. "ən-Nas” surəsi (114-ci surə)
23) Sual: O iki ayə hansıdır ki, onlarda ərəb əlifbasının 28 hərfi cəm olunmuşdur?
Cavab: 1) "Ali-İmran” surəsini 154-cü ayəsi. (3-cü surə).
2) "əl-Fəth” surəsinin sonuncu ayəsi. (48-ci surə).
24) Sual: Bütün ayələrində الله "Allah” kəlməsi olan surə hansıdır?
Cavab: "əl-Mucadələ” surəsi, (58-ci surə)
25) Sual: Qur`anın anası adı ilə tanınmış surə hansıdır?
Cavab: "əl-Fatihə” surəsi (1-ci surə)
26) Sual: Hansı surə Qur`anın ürəyi adı ilə tanınmışdır?
Cavab: "Yasin” surəsi (36-cı surə)
27) Sual: Qur`anın gəlini adı ilə tanınan surə hansıdır?
Cavab: "ər-Rəhman” surəsi (55-ci surə)
28) Sual: İmam Hüseyn (əleyhis-salam) adı ilə tanınmış surənin adı nədir?
Cavab: "əl-Fəcr” surəsi (89-cu surə)
29) Sual: O hansı surədir ki, onun ayələrnin sayı on dörd mə`sumun sayı qədərdir?
Cavab: "əs-Səff” surəsi. (61-ci surə)
30) Sual: O hansı surədir ki, onun kəlmələrinin sayı on dörd mə`sumun sayı qədərdir?
Cavab: "əl-Әsr” surəsi (103-ci surə)
31) Sual: O hansı surədir ki, onun ayələrinin sayı, müsəlmanlara vacib olan, gündəlik namazların rək`ətinin sayı qədərdir?
Cavab: "ət-Tariq” surəsi, (86-cı surə)
32) Sual: Qur`anın mə`nasını özündə cəm edən surənin adı nədir?
Cavab: "əl-Fatihə” surəsi (1-ci surə)
33) Sual: On ada məxsus olan surə hansıdır?
Cavab: "əl-Fatihə” surəsi, (1-ci surə) bu surənin adları aşağıdakı tərtiblərdir:
1. Fatihətul-kitab.
2. Ümmül-kitab.
3. Ümmül-Qur`an.
4. Səb`ül-məsani.
5. əl-vafiyə.
6. əl-kafiyə.
7. əş-şafiyə.
8. əl-əsas.
9. əs-səlat.
10. əl-həmd.
Bu adların hər biri öz növbəsində müəyyən hədis və rəvayətlərdən əldə olunmuşdur.
34) Sual: Qur`ani-Kərimdə olan surələrin neçəsi Məkkədə və neçəsi Mədinədə nazil olmuşdur?
Cavab: 86 surə Məkkədə 28 surə isə Mədinədə nazil olmuşdur.
35) Sual: Vacib səcdəsi olan surələr hansılardır?
Cavab: Vacib səcdəsi olan surələr bunlardır:
1) "əs-Səcdə” (32-ci surə), ayə-15.
2) "Fussilət” (41-ci surə), ayə-37.
3) "ən-Nəcm” (53-ci surə), ayə-62.
4) "əl-Әləq” (96-cı surə),ayə-19.
36) Sual: Allah kəlməsi Qur`anda neçə dəfə gəlmişdir?
Cavab: Allah kəlməsi Qur`anda 2707dəfə gəlmişdir.
37) Sual: Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə 2 dəfə nazil olan surə hansıdır?
Cavab: "əl-Fatihə surəsi”. Belə ki, bu surə bir dəfə Məkkədə, bir də isə Mədinədə nazil olmuşdur. (1-ci surə).
38) Sual: O hansı surələrdir ki, onların ayələrnin sayı, pənctəni Ali-əbanın ( yə`ni Peyğəmbər, İmam Әli, həzrət Fatimə, İmam Həsən və İmam Hüseyn əleyhimus-salamın) sayı qədərdir?
Cavab:
1. "əl-Qədr” surəsi (97-ci surə).
2. "əl-Fil” surəsi (105-ci surə).
3. "Әbu Ləhəb” surəsi (111-ci surə).
4. "əl-Fələq” surəsi (113-ci surə).
39) Sual: Qiyamət mə᾿nasını verən surələr hansılardır?
Cavab:
1. "ər-Rə`d” surə (13-cü surə).
2. "əl-Casiyə” surəsi (45-ci surə).
3. "əl-Vaqiə” surəsi (56-cı surə).
4. "əl-Həşr” surəsi (59-cu surə).
5. "ət-Təğabun” surəsi (64-cü surə).
6. "əl-Qiyamə surəsi (75-ci surə).
7. "ən-Nəbə`” surəsi (78-ci surə).
8. "əz-Zəlzələ” surəsi (99-cu surə).
9. "əl-Qariə” surəsi (101-ci surə).
40) Sual: Qur`anda neçə "Bismillahir-Rəhmanir-Rəhim” cümləsi vardır?
Cavab: Qur`anda 114 "Bismillahir-Rəhmanir-Rəhim” cümləsi vardır.
41) Sual: Hansı surəni adı Üsuli-dinin birinin adı ilə bağlıdır?
Cavab: "Tohid” (əl-İxlas) surəsi. (112-ci surə).
42) Sual: Hansı surənin adı Fürui-dinin birinin adı ilə bağlıdır?
Cavab: "əl-Həcc” surəsi (22-ci surə).
43) Sual: O hansı surələrdir ki, onların ayələrinin sayı Mə`sum İmamların sayı qədərdir?
Cavab:
1) "ət-Təlaq” surəsi (65-ci surə).
2) "ət-Təhrim” surəsi (66-cı surə).
44) Sual: Həftənin günlərinin adı ilə bağlı olan surə hansıdır?
Cavab: "əl-Cumuə” surəsi (62-ci surə).
45) Sual: Fe hərfi olmayan surə hansıdır?
Cavab: "əl-Fatihə” surəsi (1-ci surə).
46) Sual: Alimin silahı adı ilə bağlı olan surə hansıdır?
Cavab: "Qələm” (Nun) surəsi (68-ci surə).
47) Sual: Bismillahir-Rəhmanir-Rəhim-siz surə hansıdır?
Cavab: "ət-Tovbə” surəsi (9-cu surə).
48) Sual: Qur`anın hansı surəsində iki dəfə "Bismillahir-Rəhmanir-Rəhim” cümləsi gəlmişdir?
Cavab: "ən-Nəml” surəsi (27-ci surə).
49) Sual: O hansı surədir ki, onda bir ayə 31 dəfə təkrar olunub?
Cavab: "ər-Rəhman” surəsi (55-ci surə).
50) Sual: Allahın sifətləri ilə adlanan surələr hansılardır?
Cavab:
1) "ən-Nur” surəsi (24-cü surə).
2) "Fatir” surəsi (35-ci surə).
3) "ər-Rəhman”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər