Bir restoranda içki verilirsə, həmin restorana gedib orada yemək olarmı? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 5-05-2016, 01:01 | Şərh sayı: (0) | Baxılıb: 761
Bir restoranda içki verilirsə, həmin restorana gedib orada yemək olarmı?
Sual: Bir restoranda içki verilirsə, həmin restorana gedib orada yemək olarmı?
Cavab: Dinimizə görə, spirtli içki içilən məclislərə qatılmaq – o məclisin bir üzvü olmaq şərti ilə - günahdır. Məsələn, toy və qonaqlıq kimi məclislərdə, hətta stollardan birinə araq verilməsə də, amma eyni məclisin üzvü sayılırlar, çünki eyni məqsəd üçün bir araya gəliblər və eyni məsələni qeyd edirlər. Toy və ad günü məclislərinin evdə ya restoranda keçirilməsi də fərq etməz.
Lakin adi vaxtlarda restoran, yeməkxana kimi yerlərdə hər stol müstəqil sayılır. Hər masa arxasında əyləşənlər bir-birini tanımır, öz menyuları əsasında yemək seçir və öz hesablarını verirlər. Ona görə də, bir stolda oturanla başqa stolda oturan eyni məclis əhli sayılmır. Bu cür kütləvi yemək yerlərinə getməyin günahı yoxdur. Amma daha yaxşı olar ki, möminlər ümumilikdə spirtli içki verilməyən halal məkanlarda yemək yesinlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər