RSS
 

Login:
Şifrə:
» » Araqla siqaretin qiyməti qalxacaq?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Araqla siqaretin qiyməti qalxacaq?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-12-2015, 13:56 | Şərh sayı: (0) | Baxılıb: 406

Araqla siqaretin qiyməti qalxacaq?


Araqla siqaretin qiyməti qalxacaq?




İqtisadçı ekspert: "Yeni qayda bir çox pərakəndə ticarət şəbəkələrinin ticarətinə maneələr yaradacaq"

İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsinə təklif edilən dəyişikliklərə görə, aksiz markası olan məhsulların nağd qaydada alqı-satqısına görə cərimə tətbiq olunur. Həmin maddəyə 229.2 hissəsi əlavə edilib. Həmin hissəyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların nağd yolla az miqdarda satılması, belə məhsulların satış məqsədləri üçün nağd qaydada az miqdarda alınmasına görə 100 manat cərimə nəzərdə tutulub.

Burada az miqdarda dedikdə 50 manatlıq məbləğ nəzərdə tutulur. Paralel olaraq Cinayət Məcəlləsinə edilən dəyişikliyə görə, nağd yolla alınıb-satılan aksiz markalı mallar xeyli miqdardadırsa, yəni onların məbləği 50-500 manat arasındadırsa, min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Əgər belə hal daha böyük məbləğdə baş verərsə, yəni 500 manatdan artıq məbləğdə alkoqollu içki və ya siqaret alınıb-satılsa, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulur. Bir sözlə, siqaret və spirtli içkilər satılan bütün mağazalarda pos-terminallar olmalıdır ki, siqaret və içki alanlar pos-terminal vasitəsilə ödəniş edə bilsinlər. Pos-terminal olmayan obyektlərdə alkoqollu içki və tütün məmulatlarının satışı ümumiyyətlə mümkün olmayacaq. İnzibati Xətalar və Cinayət məcəllələrinə edilən dəyişikliklər araq və digər spirtli içkilərlə yanaşı, pivə satışına da aiddir. Yəni ənənəvi olan "pivə məclisinə" oturan şəxslər də ödəməni plastik kart vasitəsilə həyata keçirməli olacaq.

Spirtli içkilərin və siqaretin kartla satışı bir çox ölkələrdə çoxdan həyata keçirilir. Həmçinin digər ölkələrdə siqaret və spirtli içkilərin satışı müxtəlif qaydalarla həyata keçirilir. Xarici ölkələrdə siqaretlər mağazalarda üstüörtülü yerlərdə, qutularda saxlanılır. Məsələn, Rusiyada siqaret stendlərinin üstü örtülü olur. 18 yaşından aşağı şəxslərə satışının qadağası görünsün deyə. Həmçinin Rusiyada siqaret müəyyən edilmiş saatlarda satılır. İngiltərədə isə küçədə içki içmək qadağandır.

Həmçinin dövlət kanallarının heç birində içki, siqaret reklamı yayımlanmır. Almaniyada isə küçədə içki içənlərə pul cəzası tətbiq olunarkən, bəzi bölgələrdə gecə saatlarında içki satışı ümumiyyətlə qadağandır. Finlandiyada isə 18:00-9:00 arası spirtli içki satışı həyata keçirilmir. Ancaq cümə günləri 20:00-a qədər satıla bilər. İsveçdə 19.00-10.00 arası satış edilmir. Nyu-Yorkda yalnız pivə 24 saat satılır. Yüksək spirtli içkilər isə bazar ertəsindən şənbə gününə qədər, sadəcə olaraq, saat 09.00-24.00 arası satılır.

Azərbaycanda isə bununla bağlı hər hansısa bir qadağa yox idi. Hazırda ölkə bazarında müxtəlif qiymətlərə siqaretlər satılır. Mətbuatda verilən statistikaya görə, siqaret çəkmək bir nəfərə orta hesabla ayda 60-150 manata başa gəlir. Maraqlıdır, siqaret və spirtli içkilərin kartla satışının tətbiqi ticarət dövriyyəsinə öz təsirini göstərəcəkmi?

İqtisadçı ekspert Rəşad Həsənov bu qaydanın bahalaşmaya səbəb olacağını bildirdi: "Bu qayda ilə əlaqədar əvvəllər regionlarda bir sıra problemlər ortaya çıxacaq. Çünki bir çox adamların kartları yoxdur. Hətta bir çox yerlərdə postterminallar belə yoxdu. Amma cəmiyyət sonrakı dövrlərdə, böyük ehtimalla, 2-3 ay ərzində buna adaptasiya olacaq. Burada qeyd ediləsi xüsusi məqam ondan ibarətdir ki, qiymətlər böyük ehtimalla bahalaşacaq.

Çünki artıq paylayıcı şirkətlər tərəfindən pərakəndə ticarət şəbəkələrinə bununla bağlı xəbərdarlıq olunub. Bildiyimiz kimi, nağd şəkildə dövriyyənin həyata keçirilməsi həm iri şirkətlər tərəfindən, eyni zamanda pərakəndə ticarət şəbəkələri tərəfindən ödənilən vergilərin həcminin artmasına gətirib çıxaracaq. Yəni əvvəlki dövrlərdə bu hissədə müəyyən manevr etmək barədə xərcləri azaldırdılar.

Lakin hazırda 2016-cı ildən tətbiq olunan qaydalar bu manevr imkanını məhdudlaşdırır. Eyni zamanda vergi dərəcələrinin artırılması da 2016-cı ilin yanvarından qüvvəyə minir ki, bu, əlavə xərclərə yol açacaq və bəhs etdiyimiz məhsulların qiymətlərinin bahalaşmasına səbəb olacaq. Qiymətlərin bahalaşması isə hazırkı situasiyada istehlakçılar üçün heç də arzu olunan deyil. Nəticədə isə tütün məmulatlarında və spirtli içkilərdə daha aşağı qiymətli və keyfiyyətsiz, orqanizm üçün zərərli olan məhsulların satışının artmasına səbəb olacaq. Amma düşünmürəm ki, bu, ümumi dövriyyənin azalmasına gətirib çıxarsın".

İqtisadçı ekspert yeni qaydanın bir çox pərakəndə ticarət şəbəkələrinin ticarətinə maneələr yaradacağını bildirdi: "Yeni qaydalar bir çox pərakəndə ticarət şəbəkələrinin tütün məmulatlarının və spirtli içkilərin satışını həyata keçirməsində maneələr yaradacaq. Bunun nəticəsində də daha çox maliyyə imkanları daha üstün olan ticarət şəbəkələri bu istiqamətdə fəaliyyətlərini daha da gücləndirəcəklər. Bu pərakəndə ticarət şəbəkəsində daha çox kiçik ticarətlə məşğul olanların bu sahədə fəaliyyətlərini məhdudlaşdıracaq və son nəticədə də gəlirlərin azalmasına gətirib çıxaracaq. Digərlərinin isə bu sahədə rəqabət mühiti qeyri-müəyyən olduğu üçün bir sıra qrupların gəlirlərinin artımına gətirib çıxaracaq".

Yeni Müsavat



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor