Şimali Koreyadan yeni ixtira |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-01-2016, 21:20 | Şərh sayı: (0) | Baxılıb: 281
Şimali Koreyadan yeni ixtira
Şimali Koreya spirtli içki sahəsində özünəməxsus inqilab edib. Hazırladıqları yeni içki tərkibində olan maddələr sayəsində insanın səhhətini korlamayacaq.
Bu içkini qəbul edib yatan insanlarda sonradan baş ağrı və ürək bulanma kimi narahatlıqlar, yəni “paxmel” adlandırılan vəziyyət olmayacaq. Ötən il xərçəng, Ebola və QİÇS-ə çarə tapdığını bildirən bu ölkə indi də düyüdən hazırlanan bir içki ixtira edib. Dadı ilə seçilən bu içkinin hazırlanmasında yandırılmış düyüdən istifadə edilir. “Koryo” adlanan içkinin hazırlanması və ərsəyə gəlməsi üçün uzun zaman tələb edilir. Ötən il Kim Çen İnin himayəsi ilə şimali koreyalı alimlər QİÇS, Ebola, MERS-i müalicə edə biləcək möcüzəvi bir dərman icad etdiklərini iddia edirdilər. Onlar bu dərmanı jenşen bitkisindən və adlarını sadalamadıqları başqa maddələrdən hazırladıqlarını deyirdilər. Şimali Koreya dünyada ən çox jenşen bitkisi ixracatçılarından biridir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər