Haram mal yemək və məzlumun ah-naləsi duanın qəbul olunmasına mane olur |
Müəllif: Admin | Bölmə: Dualar | Vaxt: 2-10-2015, 15:53 | Şərh sayı: (0) | Baxılıb: 513
Haram mal yemək və məzlumun ah-naləsi duanın qəbul olunmasına mane olur
Duanın qəbul olmasının şərtlərindən biri haram çörək yeməməkdir. Haram tikə duanın 40 gün qəbul olmasına mane olur. Həmçinin əgər bir məzlum insanın əlindən nalə çəksə, zalımın duası qəbul olmaz.
Bəzi vaxtlar məzlumun ahı insanı alçaqların ən alçağı dərəcəsinə endirir.
Tarix kitablarında yazılıbdır ki, Fironun adamlarından biri Bəni israil tayfasından olan bir qızın qulağından sırğanı çəkdi. Qızın qulağı qana bulaşdı. Qız başını qaldıraraq dedi: "Ey Allah sən özün bu zülmə şahidsən!”
İran sultanlarının biri haqqında yazılıbdır ki, bir gün axşam onun yuxusu gəlmirdi. öz-özünə dedi, ola bilsin bir məzlumun ahı mənim başımın üstündədir. O paltarını geydi və evdən çölə çıxdı. Bir az gəzmişdi ki, məscidin qabağından keçəndə orada kiminsə nalə etdiyini eşitdi. Məsciddə bir məzlum nalə edərək deyirdi: "Ey Allah, sultanı həlak et!” Sultan məscidə girib həmin məzluma dedi: Mən şaham, de görüm sənə kim zülm edibdir?” Həmin məzlum kişi cavab verdi: "Sənin qoşunundan bir nəfər hər gecə mənim evimə gəlir və zorla arvadımla cinsi əlaqədə olur.” Şah o kişinin evinə getdi. İşığı söndürüb həmin zinakarı öldürdü. Sonra işığı yandırıb şükr səcdəsi etdi. Ev sahibi ondan soruşdu: "Nə üçün işığı söndürdün və şükr səcdəsi etdin.?” Şah dedi: "İşığı söndürdüm ki, əgər həmin zinakar oğlum da olsa onu öldürəm. Şükr səcdəsi də buna görə idi ki, gördüm həmin zülmkar mənim oğlum deyil.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər