Peyğəmbərin, imamların şəkillərini almaq, evdə saxlamaq olarmı? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 27-12-2014, 17:29 | Şərh sayı: (1) | Baxılıb: 2627
Peyğəmbərin, imamların şəkillərini almaq, evdə saxlamaq olarmı?
Dini mağazalarda İslam müqəddəslərinin, xüsusilə Peyğəmbərin, imamların şəkilləri satılır. Bunları almaq və evdə saxlamaq olarmı?
Bunları almaq və evdə saxlamaq günah sayılmaz. Amma əvvəla, nəzərə almaq lazımdır ki, bunlar həmin müqəddəslərin dəqiq təsviri deyil, xəyali surətidir. Hər rəssam o həzrətləri bir şəkildə təsəvvür edib çəkir. Onların əsl gözəlliyini, camal və calalını isə heç kim olduğu kimi əks etdirə bilməz. İkincisi, bu kimi şəkilləri namaz qılınan otağın qiblə istiqamətindən asmaq məsləhət deyil. Ümumiyyətlə, bu şəkillər heç bir dini dəyər və müqəddəslik daşımır, onlara İslam böyüklərinin həqiqi surəti kimi etiqad bəsləmək yanlışdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər