Günah olan məclisdə oturmaq olarmı? |
Müəllif: L-e-y-l-a | Bölmə: Slide, Sual-Cavab | Vaxt: 19-12-2015, 21:48 | Şərh sayı: (0) | Baxılıb: 426
Günah olan məclisdə oturmaq olarmı?
Sual 26: Günah olan məclisdə oturmaq olarmı?
Cavab: Ənam surəsinin 68-ci ayəsində buyurulur: «Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə oturma». Uyğun əmrə itaət etməyənlərə xəbərdarlıq olunur: «Belə məclislərdə iştirak etsəniz, siz də onların tayı olacaq, onların aqibəti ilə rastlaşacaqsınız»(«Nisa» surəsi, ayə 140. ).
Ayə və hədislərdən aşağıdakı nəticələr çıxır:
1. Günah məclisində iştirak, günahda iştirak kimidir;
2. Belə məclisdə iştirak edən şəxs, ya günahın qarşısını almalı, ya da həmin məclisi tərk etməlidir;
3. Belə məclislərdə sakit oturanın cəzası, günahkarların cəzası qədərdir;
4. Günaha yol verilməyən məclislərdə kafirlərlə oturmaq olar;
5. Günahkarlarla mehriban münasibət nifaq nişanəsidir. Çünki həqiqi müsəlman, ilahi hədlərin pozulduğu mühitdə rahat dayana bilməz.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər