İmam Hüseyn (ə) Mehdinin doğulması barədə |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 20-02-2016, 10:19 | Şərh sayı: (0) | Baxılıb: 480
İmam Hüseyn (ə) Mehdinin doğulması barədə
Sual: İmam Mehdinin (ə.f) doğulması barədə İmam Hüseyn (ə) xəbər veribmi?
Cavab: Şeyx Səduq öz sənədinə əsasən, İmam Hüseynin (ə) belə buyurduğunu nəql etmişdir: فى التاسع من ولدى سنّة من يوسف وسنّة من موسى بن عمران وهو قآئمنا أهل البيت يصلح اللَّه تبارک وتعالى أمره فى ليلة واحدة “Övladlarımdan doqquzuncusunda Yusifdən bir sünnə və Musa ibn İmrandan bir sünnə vardır. O, bizim Əhli-beytin Qaimidir. Allah-təbarək və taala onun işini bir gecədə düzəldəcəkdir” (“Kəmalud-din”, səh.317; “Biharul-ənvar”, c.51, səh.132-133) Həmçinin İmam Hüseynin (ə) belə buyurduğu nəql olunmuşdur: قآئم هذه الأمّة هو التاسع من ولدى وهو صاحب الغيبة وهو الّذى يقسم ميراثه وهو حىّ "Bu ümmətin Qaimi övladlarımdan doqquzuncusudur. O, qeyb sahibi və yaşadığına rəğmən mirası bölünən kəsdir" (Həmin mənbə). Əbdürrəhman Suleyt İmam Hüseynin (ə) belə buyurduğunu nəql edir: «ومنّا اثنى عشر مهديّاً، أوّلهم أميرالمؤمنين علىّ بن أبىطالب وآخرهم التاسع من ولدى وهو القآئم بالحقّ، يحيى اللَّه به الأرض بعد موتها “On iki Mehdi bizdəndir ki, onların birincisi möminlərin əmiri Əli ibn Əbutalib və sonuncusu övladlarımdan doqquzuncusudur. O, həqiqi Qaimdir, Allah yer üzünü öldükdən sonra onun vasitəsilə (yenidən) dirildəcəkdir” (Həmin mənbə).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər